Bakı üzrə prokurorluq orqanlarının 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
Hadisə
1457
15 Jul 2023 | 15:24

Bakı üzrə prokurorluq orqanlarının 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Bu ilin ilk yarısında Bakı şəhəri üzrə prokurorluq orqanlarının 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.
 
Qeyd edilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər