10:28
21°C
Bakı
30 illik əməkdaşlıq nəticəsində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ikitərəfli münasibətlər tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ABŞ-nin müstəqilliyinin 247-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
“Ölkəmiz 247 il əvvəl müstəqilliyini elan edəndə dünyanın ucqar guşəsində yerləşən 13 kiçik dövlətin dünya dövlətlərinin dost və tərəfdaşına çevriləcəyini çox adam təsəvvür edə bilməzdi", - o deyib.
Tədbirin builki mövzusu ölkənin mədəni və coğrafi müxtəlifliyini simvolizə edən 4 şəhəri - Las-Veqas, Yeni Orlean, Nyu-York, San-Fransiskonu əks etdirən "Amerikaya səyahət" olub.