"Mənim "morj" priyomum var, sadəcə, rəqibimin üzərində uzanıram və heç nə etmirəm..."
Dünyada bir neçə ildir bir-birilə düşmənçilik edən iki ən məşhur texnoloji milyardçılar İlon Mask və Mark Sukerberq öz münasubətlərini müxtəlif çəkili təkbətək döyüşlər üçün ənənəvi qəfəsdə aydınlaşdırmaq qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "ntv.ru" nəşri yazıb.
Buna səbəb "SpaceX" şirkətinin təsisçisinin "Twitter"də Sukerberqə məxsus olan "Meta" şirkətinin Maskın ötən ilin oktyabr ayında aldığı mikrobloqlar servisinin rəqibi olan yeni sosial şəbəkənin işə salması barədə məlumatın altında qeydi olub.
"Əminəm ki, Yer planeti Sukerberqin ayaqqabısının altında olduğu məqamı gözləyə bilməz və onun başqa variantları olmayacaq", - biznesmen yazıb.
İstigadəçilərin biri buna cavab verib: "Ehtiyyatlı ol, mən onun indi ciu-citsu ilə məşğul olduğunu eşitmişəm". Mask buna reaksiya verib: "Əgər o, hazırdırsa, mən rinqdə matça hazıram". Buna Sukerberq Maskın şərhi olan tvitin skrinşotunu dərc edərək yazıb: "Harada görüşəcəyimiz haqqında məlumat verin".
Mark cavab göndərib: "Veqasda Oktaqonda". O, həmçinin qeyd edib ki, onun ehtiyyatında əla "morj" proyomu var: "Mən, sadəcə, rəqibimin üstündə uzanıram və heç nə etmirəm".
Oktaqon "Mütləq döyüş çempionatı" təşkilatı tərəfindən təşkil edilən döyüşlərin keçirildiyi xüsusi hasara alınmış arenadır. O, Nevada ştatının Las-Veqas şəhərindədir.
Milyardçılar arasında döyüş baş tutarsa, Maskın Sukerberqdən boy və çəki üstünlüyü olacaq, bunu "The Verge" jurnalı qeyd edib. Lakin 39 yaşlı Sukerberq artıq çoxdandır ki, müxtəlif çəkili təkbətək döyüşlə məşğuldur və hətta ciu-citsu üzrə turnirlərdə qalib gəlib.
Maskın iyunun sonunda 52 yaşı tamam olur, onun sözlərinə görə, onun idman məşqləri, əsasən, uşaqlarını qucağına almaq və havaya atmaqdan ibarətdir.
Mask və Sukerberq açıq-aşkar bir-birini ən azı 2016-cı ildən tənqid edir, bu, o zamandan başlayıb ki, Sukerberq "SpaceX" raketi dağılan zaman onu orbitə çıxaracaq "Facebook"a məxsus peykin də dağılmasından hiddətə gəlib.
Bir il sonra Sukerberq süni intellektin inkişafı ilə bağlı təhlükələr barədə xəbərdarlıq edən Maskın bəyanatlarını "məsuliyyətsiz" adlandırıb.
Mask bəyan edib ki, Sukerberq müzakirə edilən predmetdən "məhdud" anlayışı var. 2021-ci ildə Mask "Facebook"u istifadəçilərini izləməkdə ittiham edib.