Dünya
224
22:10, Bu gün

"Orban dövrünü bitirmək istəyir": Macarıstanın yeni baş naziri kursu dəyişir" - "Deutsche Welle"

"Peter Madyar həm Macarıstan daxilində, həm də xarici siyasətdə ciddi dəyişikliklər vəd edir..."

Macarıstanın gələcək baş naziri Peter Madyar 9 may 2026-cı ili "sistem dəyişikliyi günü" adlandırıb. Həmin tarixdə o və yeni hökumət üzvləri rəsmi şəkildə vəzifəyə başlayacaqlar.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

"Sistem dəyişikliyi günü"

Yerli media yazır ki, mərasim rəmzi detalları ilə diqqət çəkəcək.
Macarıstan himni ilə yanaşı Avropa İttifaqının (Aİ) himni, həmçinin ölkədə yaşayan roman icmasının qeyri-rəsmi himni də səsləndiriləcək. 

Bundan başqa, 12 ildən sonra ilk dəfə parlament binasında yenidən Avropa İttifaqının bayrağı qaldırılacaq. Müşahidəçilər bunu Viktor Orban dövrünün siyasi kursundan uzaqlaşma mesajı kimi qiymətləndirirlər.

Yeni hökumətdə qeyri-adi simalar

Peter Madyarın formalaşdırdığı kabinetdə diqqətçəkən adlar yer alır. Xarici işlər naziri postuna diplomat və energetika eksperti Anita Orbanın gətiriləcəyi gözlənilir. O, vaxtilə hakim "Fides" partiyasının avropayönlü qanadını dəstəkləyən fiqurlardan biri kimi tanınıb.

Müdafiə naziri vəzifəsini isə Ukraynaya yaxın mövqeyinə görə Viktor Orbanın etimadını itirmiş keçmiş Baş Qərargah rəisi Romulus Rusin-Sendi tutacaq. Sosial məsələlər və ailə naziri olacaq Vilmoş Katayi-Nemet isə Macarıstan tarixində ilk görmə məhdudiyyətli nazir kimi tarixə düşəcək.

Daxildə islahat, Ukrayna ilə bağlı sərt mövqe

Peter Madyar korrupsiyaya qarşı xüsusi qurum yaradacağını, Orban hakimiyyətinə yaxın dövlət mediasını bağlayacağını və hüququn aliliyini bərpa etməyə çalışacağını açıqlayıb. O, həmçinin Budapeştin yenidən Avropa İttifaqı və NATO üçün etibarlı tərəfdaşa çevriləcəyini bildirir.

Bununla yanaşı, gələcək baş nazir Ukrayna məsələsində sərt mövqe nümayiş etdirib. O bildirib ki, Budapeşt Ukraynanın Aİ-yə üzvlüyünü yalnız Kiyev macar azlığının hüquqları ilə bağlı siyasətini dəyişəcəyi halda dəstəkləyəcək. 

Peter Madyarın sözlərinə görə, Ukraynadakı macarlar "ikinci dərəcəli vətəndaş" kimi davranışla üzləşməməlidir. Lakin Bereqovo şəhərinin meri Zoltan Babiyak bu iddiaları rədd edərək bəyan edib ki, Ukraynada yaşayan macar icmasına qarşı heç bir ayrı-seçkilik yoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər