Saakaşvili sağ qalmaq uğrunda mübarizəsini davam etdirir...
Ekskluziv
3305
24 Apr 2023 | 14:48

Saakaşvili sağ qalmaq uğrunda mübarizəsini davam etdirir...

"Son sutkalar ərzində o, iki dəfə xəstəxana çarpayısından yıxılaraq huşunu itirib..."
 
"Avropa İnsan Haqları Məhkəməsinin eks-prezidentlə bağlı qərarının açıqlanacağı gözlənilir..."
 
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin anası jurnalistlərə deyib ki, son sutkalar ərzində oğlu iki dəfə xəstaxana çarpayısından yıxılıb və hər iki halda qısa müddətdə huşunu itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
O, deyib ki, professor Qiuli Alasaniya hər gün Tbilisinin "Vivamedi" klinikasında ötən ilin may ayından müalicə kursu alan oğluna baş çəkir.
 
Qiuli Alasaniyanın sözlərinə görə, ikinci dəfə onun oğlu yıxılanda yanında olub, tibb bacısı ilə birlikdə bütün sutka ərzində palatanı mühafizə edən Cəzaların İcrası Departamentinin qulluqçuları gələnədək onu çətinliklə yerdən qaldırıblar.
 
Mixail Saakaşvili 2005-ci ildə həyat yoldaşı Sandra Ruloffsu qəzetlərdən birinə verdiyi müsahibəsində təhqir etmiş müxalif deputat və biznesmen Valeri Qelaşvilinin döyülməsinin təşkilində ittiham edilərək altı il müddətinə həbs cəzası alıb.
 
Saakaşvilinin özü bu ittihamı qəti şəkildə rədd edir və məhkəmə prosesini büsbütün "siyasiləşdirilmiş" və "saxtalaşdırılmış" hesab edir.
 
Gürcüstanın xüsusi xidmət orqanları sabiq prezidenti 2021-ci ilin oktyabrında o, Ukraynadan gizli surətdə vətənə dönəndə həbs edib.
 
Saakaşvili Ukraynanın Nikolayev limanından çıxan gəmidə süd məhsulları olan konteynerdə gizlənibmiş.
 
Zaman keçdikcə Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti kəskin pisləşib. Onda bir sıra endokrin və mental xəstəliklər aşkar edilib.
 
Bu günlər siyasətçinin vəkilləri Avropanın İnsan Haqları Məhkəməsinə müraciət edərək, cəzanın çəkilməsinin bir il təxirə salınması, Saakaşvilinin Avropa klinikasında müalicə olunması üzrə "təxirəsalınmaz qərar" qəbul edilməsini xahiş edib.
 
Avropa İnsan Haqları Məhkəməsi qərarının bu günlərdə açıqlanacağı gözlənilir.
 
Gürcüstanın ədliyyə naziri Rati Breqvadze, həmçinin hakim "Gürcü arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze və baş nazir İrakli Qaribaşvili dəfələrlə iddia edib ki, Saakaşvili, guya, "özü özünə zərər vurur", qidadan imtina edir, nəticədə həbs olunduğu zaman 126 kq-dən hazırkı 62 kq-dək arıqlayıb.
 
"Politico" nəşrində aprel ayında Saakaşvili yazıb ki, siyasi məhbus olaraq həbsxana kamerasında "sağ qalmaq uğrunda mübarizə aparır".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər