Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrəvana səfər edib.
Xatırladaq ki, aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib, protokol imzalanıb.
Maraqlıdır, Şahin Mustafayevin Ermənistana səfəri iki dövlət arasındakı münasibətlərin daha da inkişafı baxımından nə dərəcədə önəmlidir?
Politoloq Tofiq Abbasov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanla Ermənistan arasında əlaqə və münasibətləri inkişaf etdirməyin müxtəlif format və vasitələri mövcuddur.
Hazırda baş nazirlərin müavinləri formatında görüşlər keçirilir. Azərbaycan bu kimi məsələlərdə öz öhdəliklərinə hər zaman çox həssas və dəqiq yanaşıb. Azərbycanın bu məsliyyəti əslində qarşı tərəfə də öz məsuliyyətini xatırladır.
Müharibə bitib. Bu səhifə başa çatıb. Biz deyirk ki, gəlin sülh çətiri altıdna birləşək. “Sülh qazancı”ndan birlikdə faydalanaq. Əgər bu baş versə, o zaman hər iki dövlət sülhü böyük bir nemət olaraq əldə edəcəklər.
Hesab edirəm ki, Şahin Mustafayevin Ermənistana səfəri və orada keçirdiyi görüşlər ikitərəfli münasibətləri inkişaf etdirmək, sülhü daha da yaxınlaşdırmaq baxımından mühüm bir addımdır. Şahin Mustafayev erməni dilini bilir, orada təhsil alıb. İnanıram ki, o, ermənilərə mövcud durumu, sülhün perspektivini lazımınca başa salacaq və onun bu səfəri iki dövlət arasında münsibətlərin inkişafına, sülhünm əldə edilməsinə töhfə verəcək”.
Seymur ƏLİYEV