Hərb
145
18:27, Bu gün

"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - FOTO - VİDEO

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər