Azərbaycanda polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar edib
Kriminal
2796
20 Mar 2023 | 10:46

Azərbaycanda polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar edib

Polis əməkdaşlarının martın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6 kiloqramdan artıq heroin, 8,5 kiloqrama yaxın marixuana, 3,9 kiloqramdan artıq həşiş, 4 kiloqramdan çox tiryək, 2,1 kiloqramdan çox metamfetamin, 288 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər