“Alicənablığımız gücümüzə dəlalət edir, zəifliyimizə yox!”
Ekskluziv
293
19:45, Bu gün

“Alicənablığımız gücümüzə dəlalət edir, zəifliyimizə yox!”

“Azərbaycanın Ermənistanla münasibətdə sərgilədiyi humanizm və alicənablıq onun gücünə dəlalət edir, zəifliyinə yox!”

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Ermənistandakı hər kəsin, eləcə də revanşist qüvvələrin bu həqiqəti dərk etməsi olduqca vacibdir:

“Azərbaycan 44 günlük Vətən mühaqibəsində parlaq qələbə qazanan, 2023-cü ildə anti-terror əməliyyatı ilə öz suverenliyini təmin edən, beynəlxalq əhəmiyyətli iqtisadi layihələri ilə bütün dünyanın diqqət mərkəzində olan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlətdir. Müharibədən sonra ölkəmiz Ermənistanla münasibətləri normallaşdırmaq, sülhə nail olmaq istiqamətində ciddi addımlar atıb, mühüm səylər ortaya qoyub. Lakin bu gün Ermənistanda revanşizm xülyasıdna olan, aqressiv mövqedən çıxış edən müxtəlif qüvvələrə rast gəlinir ki, bu da mövcud reallığın erməni toplumu tərəfindən tam dərk edilmədiyini göstərir.

Ermənistandakı hər kəs, bütövlükdə, dünyanın hər yerindəki anti-Azərbaycan qüvvələri bilməlidirlər ki, bizim humanizmimiz gücümüzdən, qüdrətimizdən qaynaqlanır. Buna görə də bu humanizmi, sülhpərvərliyi zəiflk kimi başa düşmək olmaz. Kimlər ki, Azərbaycanın humanizmini zəiflik kimi qiymətləndirir, 2020-ci ilin 44 günlük Vətən müharibəsini yada salsın və əmin olsun ki, Azərbaycan bundan sonra da öz düşmənləri üzərində eyni əzmlə qələbə qazanmağa qadirdir”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər