AXC iqtidarının az qala bütün üzvlərinə qarşı şok ittiham...
Oxunub: 15448
07 Jun 2014 | 11:45
AXC iqtidarının az qala bütün üzvlərinə qarşı şok ittiham...

 Gəncə hadisələrinin ildönümdür və "qiyamçı polkovnik" adlandırılan Surət Hüseynovun ən yaxın silahdaşlarından olmuş 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi, polkovnik-leytenant Nazim Bayramov bir neçə gündür ki,Moderator.az-a maraqlı yazılar göndərir.

 Onun növbəti yazısını təqdim edirik: moderator.az/?xeber=47469

 Fevralın 8-i 1993-cü ildə Azərbaycan prezidenti  Əbülfəz Əliyev  gözlənilmədən Tofiq Seyidovu AXC İcraiyyə Komitəsinin (İK) sədri vəzifəsindən azad edir və həmin vəzifəyə elə həmin gün Naxçıvandan gətirilmiş, ixtisasca həkim olan Fərəc Quliyevin təyin olunması haqqında sərəncam imzalayır.  Qarabağın yolunu belə tanımayan Fərəc Quliyev cəbhədəki vəziyətdən və 2-ci Ordu Korpusu komandanı Surət Hüseynovun Ağdərədəki əməliyyata rəhbərlik fəaliyətindən bixəbər olduğu halda,  fevral 9-u, 1993-cü ildə  S. Hüseynov haqqında AXC İK-i adından AzTV-də iftira xarakterli belə bir bəyanat verir: “S. Hüseynov Ağdərədən iki briqadanı çəkib, bununla ermənilərin qarşısını açıb, nəticədə 3 kənd itirilib. Bununla S. Hüseynov vətənə xəyanət edib”. Bəyanatında dediyi “xəyanəti” təsdiq” etmək üçünsə, çapa ötürülmüş 108 saylı döyüş sərəncamını göstərir.

Birincisi, istənilən dövlətdə müharibə zamanı hər hansı komandirin fəaliyətinə hansısa siyasi partiya, yaxud ictimai- siyasi hərəkatın (AXC  hakim siyasi qüvvə olsa belə) qiymət vermək hüququ yoxdu. Bunu yalnız dövlətçilikdən xəbəri olmayan təxribatçı edərdi.

İkincisi, hərbi vəzifəli şəxsin fəaliyətinə yalnız onun birbaşa rəisləri, yaxud, rəisin təyin etdiyi hərbi- texniki ekspertiza qiymət verə bilər.

Bəyanat səslənən gün Prezident Əbülfəz Elçibəy Gəncədə səfərdə idi və İcra Hakimiyətinin binasında S. Hüseynovla hərbi məsələlərlə bağlı görüşmüşdü. Ali Baş Komandanın 2-ci OK komandanına heç bir irad bildirmədiyi, əksinə, onun fəaliyyətini hər kəsin önündə təqdir etdiyi halda, bu bəyanat çox qəribə səslənirdi.  Bəyanat veriləndən sonra S. Hüseynov bir daha prezidentlə görüşüb, “Bəy, bu nə iş idi?”, deyə soruşanda, o,  F. Quliyevin bəyanatından xəbərsiz olduğunu bildirir. Ali Baş Komandan bir daha hər kəsin eşidə biləcəyi səslə  S. Hüseynovun heç vaxt Vətənə xəyanət etməyəcəyinə inandığını, yaxın günlərdə məsələni aydınlaşdırıb, onu yanına dəvət edəcəyini bildirmişdi.

Həmin gün Ağdərədə olan müdafiə naziri Rəhim Qazıyev və daxili işlər naziri İsgəndər Həmidov F. Quliyevin bəyanatını eşidən kimi Gəncəyə gəlib S. Hüseynovla görüşürlər və bəyanatın əsassız olduğunu bildirirlər. R. Qazıyevin bu yaxınlarda bildirdiyinə görə bu bəyanatı Rauf Arifoğlu tərtib etmişdi. Onu da qeyd edim ki, bəyanat AXC İcraiyyə Komitəsi adından verilsə də, İK-də müzakirəyə çıxarılmamışdı.  İK-nin 20 nəfər üzvünün əksəriyətinin bu bəyanatın hazırlanmasından və verilməsindən xəbərləri olmamışdı. Hətta AXC İK-nin bir neçə üzvü, o cümlədən AXC-nin sədr müavini,  AXC İK-nin üzvü Arif Paşayev bəyanata sərt şəkildə etirazını bildirmişdi.

Beləliklə, yanvar hücumuna aid olan və fevralın 5-dən sonra cəbhədə ermənilərin əkshücumu ilə bağlı yaranmış vəziyətlə heç bir əlaqəsi olmayan 108 saylı əmr “S. Hüseynovun xəyanətinin” təsdiqi kimi AXC iqtidardaxili qrupları tərəfindən onu “vurmaq” üçün istifadə edildi. Halbuki,  fevralın 5-də Nəcməddin  Sadıkovun 703-cü briqadası tərəfindən itirilən 3 kənd,  fevralın 8-ə qədər 123-cü alay tərəfindən yenidən qaytarılıb,  703-cü briqadanın müdafiəsinə verilmişdi. Yəni 108 saylı əmrin cəbhədə fevralda baş verənlərə ümumiyətlə aidiyatı olmadığı kimi, Fərəc Quliyevin bəyanatında S. Hüseynovun “xəyanəti” nəticəsində itirilmiş o 3 kənd də, bəyanat verilməmişdən əvvəl artıq qaytarılmışdı və bizdə idi.  Bu onu göstərir ki, S. Hüseynovun “zərərsizləşdirilməsi”  ölkənin müdafiəsi üçün ağır nəticələnsə delə, baş tutmalı idi. Nə yazıq ki, bu günə qədər bir nəfər də olsun çıxıb demir ki, yeganə məqsədi Vətənin müdafiəsi olan Sürət Hüseynova qarşı aparılan təxribatın səbəbi nə idi?

 Fevralın 12-si (1993-cü il)  Prezident Əbülfəz Elçibəy Sürət  Hüseynovu Bakıya dəvət edib, onunla gecə saat 12-dən 1.30 qədər söhbət edir. O, bir daha S. Hüseynovun xəyanət etmədiyinə inandığını bildirib, onun yanında F. Quliyevə zəng edib. Ölkə başçısı  ondan bəyanatını geri götürməyini xahiş edir.  Lakin F. Quliyev bundan imtina edir.  Prezident “demokratiyadı, bəy, sözümə baxmırlar. Eybi yox, AXC ictimai- siyasi hərəkatdı, biz o bəyanata dövlət adından təkzib verərik”-deyir.

 Daha sonra prezident  S. Hüseynova “Bəy, Qarabağ məsələsinin həllinə artıq böyük dövlətlər qarışıb, məsələ sülh yolu ilə həll edilməlidi. Biz xidmətlərinizi yüksək qiymətləndirib sizə Milli Qəhraman adı vermişik. Qərara gəldim ki, Prezidentin Qarabağ və ətraf rayonlar üzrə nümayəndəliyini ləğv edim.  Sizi isə “Yevlax İlkin Yun Emalı Kombinatı” bazasında yeni təşkil olunan “AzərYun” Dövlət Şirkətinə prezident təyin edirəm”, deyib, qəbul otağında gözləyən P. Hüseynovu iş otağına dəvət edir.  Ona S. Hüseynovun “AzərYun”a təyinatı haqqında fərmanı hazırlamasını və səhər imza üçün gətirməsini tapşırır.

Səhərisi gün, fevralın 13-də  S. Hüseynov təyin olunduğu vaxtda Prezident Aparatına gəlir. Bu zaman P. Hüseynov fərmanın hazır olduğunu, lakin hələ imzalanmadığını, axşamüstü gəlib aparmağını ondan xahiş edir. Ordan S. Hüseynov İsgəndər  Həmidovla görüşmək üçün DİN-ə gəlir. Ona nazirin olmadığını deyirlər. Rövşən Cavadov aşağı enib qarşılayır onu. Ümumi söhbət əsnasında aydın olur ki İ.Həmidov əslində nazirlikdə, xidməti otağındadı. S.Hüseynov evə dönərkən yolda fikrini dəyişib, başqa yerə gedir. Yollarına davam edərkən qohumları isə binanın blokunda həbs olunurlar. Bunu eşidən S. Hüseynov Bakıdan Gəncəyə qayıdır və oradan Prezidentə telefon açaraq qohumlarının nə səbəbə həbs edildiyini soruşur. Prezident S. Hüseynova bu həbslərdən xəbəri olmadığını bildirir.  Bunları İ. Həmidovun özbaşınalığı kimi dəyərləndirir və həbs olunanların dərhal buraxdıracağına söz verir.

Həticədə S. Hüseynovun qohumları elə həmin gün axşam azad edilirlər.

Bundan sonra S. Hüseynov F. Quliyevin bəyanatının təkzibini və həmin günlər cəbhə bölgəsində qanunsuz həbs edilən 123-cü alayın 64 əsgərinin azad edilməsini tələb edir. 123-cü alayın 20 gün ərzində ağır şəraitdə hücumda olan, gücdən düşmüş bu qəhrəman əsgərlərin başlarını qırxıb, avtobuslarla Tərtərə gətirib,əhaliyə "ermənilər" kimi təqdim edərək, daş-qalaq etdirmişdilər.

1993-cü ilin fevral ayında F. Quliyevin bəyanatının təkzibi tələbi ilə Gəncədə və Yevlaxda çoxminli mitinqlər başladı. Gəncədəki mitinqdə çıxış edən dövlət müşaviri Arif Hacılı bəyanatın dövlət səviyyəsində təkzib ediləcəyinə söz verir. 

 Ə.Əliyevin əmrilə 108 saylı döyüş sərəncamını qiymətləndirmək üçün Baş Qərargahın rəisi general- mayor Nürəddin Sadıqovun rəhbərliyi ilə hərbi- texniki ekspertiza(HTE) keçirilir. Nürəddin Sadıqov Prezidentin 20 fevral (1993) tarixdə apardığı geniş tərkibli hərbi kollegiyada nəticəni açıqlayır:  “108 saylı döyüş sərəncamı zəruridir, məqsədəuyğundur, 2-ci OK komandiri bu sərəncamı verərkən öz səlahiyətlərini aşmayıb” və əlavə olaraq bildirmişdir ki, “Surət Hüseynovun əməllərində xəyanət axtarmaq əbəsdir”.

 Maraqlısı budur ki,   Ağdərə və Fərrux uğursuz hücum əməliyatlarına bilavasitə rəhbərlik etmiş şəxslərə- Nəcməddin Sadıkova həmin ərəfədə vaxtından əvvəl  general- mayor rütbəsi verilir və vəzifəsi böyüdülərək, 1-ci Ordu Korpusu komandanı təyin edilir. Həmçinin Fərrux əməliyatına bilavasitə rəhbərlik etmiş Mehman Səlimovun da  rütbəsi və vəzifəsi böyüdülür. Əmri yerinə yetirməyərək Ağdərədə hücuma keçməyən Daxili Qoşunlar  alayının komandiri Sabir Şabanov da DQ komandanın müavini vəzifəsinə yüksəldilir.  703-cü briqadanın mühəndis- istehkam xidmətinin rəisi mayor Piriyev isə istintaq tərəfindən təqsiri müəyyən edilməsinə baxmayaraq, cəzalandırılmır. 

Fərəc Quliyevin bədnam bəyanatını dövlət müşaviri Arif Hacılı AzTV-də  dövlət adından təkzib etdi. Lakin bəzi AXC fəallarının və o zamankı iqtidar mənsublarının siyasi oyunları bitmədi. Nəticədə, heç bir səbəb göstərilmədən, bütün döyüşlərdən hər dəfə zəfərlə çıxan 123-cü alay fevralın 20-də ləğv edildi. Bu alayla yanaşı 143-cü artilleriya h/h-si, 032 saylı əlahiddə tank batalyonu, ermənilərə qan udduran 778 saylı xüsusi təyinatlı batalyon (“Təkgöz bayquş”)  və Ağdamın “Qarabağ şahinləri” batalyonu buraxıldı. Bunun nəticəsində ordumuzun müdafiə qabiliyyətinə sağalmaz yaralar vuruldu. Surət Hüseynov isə Qarabağın müdafiəsinə rəhbərlikdən uzaqlaşdırıldı. Düşmənə ən böyük hədiyyə də elə bu oldu: Qarabağ hərbi təşkilatçısız, başsız qaldı. 

Fevralın  20-si 2-ci OK-un qərargahı Gəncədən Ağcabədiyə keçirildi və korpus komandanı daxili qoşunlar general-mayoru Rafiq Ağayev təyin edildi. Lakin Gəncədəki anbarlarda 2-ci OK-ya məxsus silah- sursatlar və ləvazimatlar qalmışdı. Bunlar 2-ci OK keçmiş komandanı S. Hüseynovdan qanunda nəzərdə tutulmuş qaydada təhvil alınmalı idi. Lakin S. Hüseynovdan tələb edirdilər ki, Gəncədəki keçmiş 2-ci OK-nin  ərazisini sadəcə tərk etsin. Korpusun mülkiyətinə komandan kimi maddi məhsuliyyət daşıdığından və özünə qarşı Ə. Elçibəyin nəzarətindən kənar iqtidardaxili qrupların təxribatçı fəaliyətlərini nəzərə alan S. Hüseynov Müdafiə Nazirliyi tərəfindən təhvil- təslim komissiyasının yaradılmasını tələb edirdi. O, komissiya qarşısında anbarlarda qalan silah-sursat, ləvazimat və hərbi mülkiyyətin inventarlaşdırılıb, ondan qəbul edilməsini və müvafiq şəkildə təhvil- təslim aktının tərtib edilib, bir nüsxəsinin də ona verilməsini şərt kimi irəli sürmüşdü. Lakin fevralın sonundan martın sonuna qədər Müdafiə Nazirliyi tələb olunan komissiyanı təşkil etmirdi.  İqtidardaxili ayrı-ayrı qruplar isə S.Hüseynovun qanuni tələblərini  geniş ictimaiyyətə siyasi rəhbərliyə “meydan oxumaq” kimi təqdim edir və bu məsələ ətrafında süni gərginlik və ajiotaj yaradırdılar.  Hərbi hissənin ərazisi bu zaman ərzində silahlı mühasirədə saxlanılmışdı. Komissiya təşkil edib anbarlardakı silah-sursatı  təhvil almaq əvəzinə hakimiyət tərəfindən Gəncəyə S. Hüseynovla “danışıqlar aparmaq” üçün nümayəndələr göndərilirdi.  Hələ o vaxt məqsəd  S. Hüseynovun bu tələblərindən istifadə edərək, ona qarşı  “Tufan"a bənzər bir əməliyat keçirmək idi. Lakin sonda təhvil- təslim komisiyası təşkil olundu. 2-ci OK-un anbarları S.Hüseynovdan qəbul edildi və 123-cü alayın 64 əsgəri 40 gün qanunsuz  həbsdə saxlanıldıqdan sonra azad olundu. Bu məsələlərlə bağlı Gəncədə 1 ay davam edən  gərginlik  el ağsaqqalları Tofiq Bağırovun və İsmayıl Şıxlının vasitəçiliyilə 27 mart 1993-cü ildə aradan qaldırıldı. İsgəndər  Həmidov da dövlət adından S. Hüseynovla barışığa gəldi.

1993-cü ilin 22 fevral- 27 mart dövrü ərzində ermənilər Ağdərənin böyük hissəsini, o cümlədən, Sərsəng su anbarının hövzəsini işğal edərək, Tərtər- Kəlbəcər yolunu bağladılar.

Martın 27-də düşmən Kəlbəcərə genişmiqyaslı hücuma keçdi. Ölkənin siyasi və hərbi rəhbərliyinin daha bir kobud səhvi nəticəsində 701-ci briqada vaxtında Laçından çıxarılıb, Kəlbəcərin müdafiəsinə gətirilmədi.   Ermənilərin Kəlbəcərə hücumundan sonra Laçından çıxarılan 701-ci briqada Hoçazdan Kəlbəcərə  dağlarda döyüşə- döyüşə 100 km yol qət edərək, Ağdərə istiqamətindən hücumun qarşısını çətinliklə də olsa  bir neçə gün alsalar da, müdafiəsiz qalan Azərbaycan-Ermənistan  sərhəddindən düşmənin 83 saylı briqadasının hücumu nəticəsində aprelin 2-də Kəlbəcər işğal olundu.

Kəlbəcərin işğalı ilə bağlı “milli- demokratlar”ın bu gün də davam edən  təbliğatlarında "günahkar" kimi Surət Hüseynovun adı hallandırılır. Lakin bir daha  xatırladıram ki,  Surət Hüseynov dövlət rəhbərliyi tərəfindən fevralın 12-dən hərbi işlərdən kənarlaşdırılmış və bütün səlahiyyətləri əlindən alınmışdı. Onun sərəncamında nə  bir əsgər, nə başqa qüvvə, nə də bir təsir vasitəsi var idi. Həmin ərəfədə o, yuxarıda da göstərdiyim kimi  Gəncədə dövlət nəzarətində, bir növ “ya həbs olunma, ya məhv edilmə” təhlükəsi ilə qarşı -qarşıya idi...

 Kəlbəcərə, Ağdərəyə və Laçına isə o zaman artıq general- mayor olmuş Nəcməddin Sadıkovun rəhbərlik etdiyi 1-ci OK-u cavabdeh idi. Kəlbəcərin itirilməsinin səbəbi rayonun müdafiəsinin dövlət rəhbərliyi tərəfindən düzgün təşkil edilməməsi idi.

Beləliklə də, 1993-cü ilin yanvarındakı səhv hücum qərarı və həmin hücumların pozulmasına yönələn  hərbi təxribatlar, o cümlədən 3 kəndin itirilməsi ətrafında qurulmuş siyasi oyunlar nəticəsində ordu  başsız qoyuldu və idarəolunmaz hala gətirildi.  Bununla da 1993-cü ilin fevralında ordumuz müharibədə həlledici faktor olan mühüm strateji hücum təşəbbüsünü əldən verdi.  Fürsətdən yararlanan düşmən hücum təşəbbüsünə yiyələndi və bu amil 1993-cü il boyunca acı məğlubiyyətlərimizə yol açdı...

Ardı var...

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
13:37, Bu gün
XİN başçısı: "Apreldə İran və Rusiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər"
13:34, Bu gün
İsrail vətəndaşları sentyabrdan ABŞ-a vizasız səfər edə biləcək
13:32, Bu gün
“Heç bir terror bizi hədəflərimizdən yayındıra bilməyəcək”
13:29, Bu gün
"Si Tszinpinin Moskvaya səfəri Rusiyanın xeyrinə olmayıb" - Zelenski
13:26, Bu gün
Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı
13:21, Bu gün
Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır”
13:14, Bu gün
Güllələr haradan və kimə atılır?
13:10, Bu gün
Bacısını döydü, anasını dəfn edib səhnəyə çıxdı, iki övladı aclıqdan öldü...
13:07, Bu gün
Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub - FOTOLAR
13:04, Bu gün
Fazil Mustafanın qardaşı: “İran tərəfindən təhdid dolu rəylər yazılırdı”- VİDEO
13:01, Bu gün
Komitə sədri: "Dərmanların keyfiyyəti aşağıdır, bəzi dərmanlar tapılmır"
12:58, Bu gün
"Azərbaycan xalqı dostun kim, düşmənin kim olduğunu yaxşı bilir"
12:56, Bu gün
Rəşad Mahmudov: “Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır" 
12:53, Bu gün
Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabriki tikiləcək
12:49, Bu gün
Musa Quliyev həmkarına edilən sui-qəsd cəhdi barədə: “10 milyonluq əhalinin hamısını güllələyə bilməzlər”
12:48, Bu gün
FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirəcək
12:47, Bu gün
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
12:44, Bu gün
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
12:41, Bu gün
Ankaraya yaz günü qar yağır - VİDEO
12:38, Bu gün
Zelenski Si Cinpinlə görüşməyə hazır olduğunu bildirib
12:34, Bu gün
BDU-da arxiv işinə dair müzakirələr aparılıb - FOTO
12:32, Bu gün
Qubada polis şagirdlər üçün maarifləndirici tədbir keçirib - FOTO
12:25, Bu gün
"Azərbaycan Aİ-nin Ermənistandakı missiyası ilə əməkdaşlıq etməyəcək" - Fərid Şəfiyev
12:21, Bu gün
Sülh və reinteqrasiyadan başqa yol yoxdur – nöqtə! - ŞƏRH + FOTO
12:19, Bu gün
Eli Kohen İlham Əliyevə təşəkkür etdi
12:16, Bu gün
Avtosalonun qarşısından “Hyundai” markalı avtomobil qaçırıldı
12:14, Bu gün
Dünya Bankı: “Azərbaycanda “ağıllı kənd”lərin yaradılması ilə bağlı işləri genişləndirəcəyik”
12:08, Bu gün
Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydasına dəyişiklik edilir
12:06, Bu gün
İsmayıllı-Basqal yolunda sürücü DYP əməkdaşının gözlənilməz jesti ilə üzləşib...
12:05, Bu gün
Azərbaycan və Qazaxıstan xarici ticarətdə müsbət saldoya görə TDT-də öndə olub
12:03, Bu gün
Çin XİN-dən Zelenskiyə cavab: Planımızda yoxdur!
12:02, Bu gün
Azərbaycan Türkiyədəki Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq
12:01, Bu gün
"Bunu xüsusi olaraq əlamətdar bir gündə törətmək müəyyən mesaj da ola bilər..."
12:00, Bu gün
Özcan Dənizə silahla hücum olundu
11:57, Bu gün
İspaniya Ukraynaya “Leopard”ları Pasxa bayramından sonra göndərəcək
11:56, Bu gün
"Bu gün ruslar vaxtilə Azərbaycan torpaqlarında erməni dövləti yaratmağın bədəlini ödəyirlər"
11:56, Bu gün
Azərbaycan və İsrail XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
11:55, Bu gün
Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
11:55, Bu gün
“Aİ və Azərbaycan arasında güclü əməkdaşlıq və tərəfdaşlıq qurulur” - Peter Mixalko
11:54, Bu gün
Ceyhun Bayramov: Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır
11:53, Bu gün
Narkotik satan 46 nəfər saxlanılıb, silahla müqavimət göstərən 1 nəfər zərərsizləşdirilib
11:52, Bu gün
Eli Kohen: Azərbaycanla kiber texnologiyalar sahəsində əməkdaşlığımız var
11:51, Bu gün
Qebreyesus: Azərbaycan malyariyanı aradan qaldırmaq üçün böyük səy göstərib
11:50, Bu gün
Lerik sakini maşının yük yerindən yıxılması nəticəsində ölüb
11:48, Bu gün
İsrail xarici işlər naziri Azərbaycana səfər edəcək
11:46, Bu gün
İsrail XİN rəhbəri: Tel-Əvivdə Azərbaycan səfirliyinin açılması münasibətlərin dərinləşməsinə töhfə verəcək
11:42, Bu gün
XİN rəhbəri: İsrail və Azərbaycan İranın təhdidini bölüşür
11:41, Bu gün
Sara Maykl: “AZTAF Azərbaycan iqtisadiyyatının COVID-19-dan sonrakı dövrdə bərpasını dəstəkləyir”
11:40, Bu gün
Xarici KİV: “Rusiyada iqtisadi böhran başlayıb”
11:37, Bu gün
Eli Kohen: İsraildə Azərbaycan səfirliyinin açılması strateji münasibətlərin dərinliyini göstərir - FOTO
11:33, Bu gün
Fransadakı aksiyalar zamanı 200-dən çox şəxs saxlanılıb
11:32, Bu gün
Azərbaycan və İsrail XİN başçılarının görüşü başa çatıb - YENİLƏNİB
11:30, Bu gün
Ukraynada daha bir rus qırıcısı MƏHV EDİLDİ
11:28, Bu gün
İraq neftə görə Türkiyəyə təzminat ödəməyə bilər
11:27, Bu gün
Sumqayıtda ödəmə terminalından oğurluq olub
11:26, Bu gün
Sabah Macarıstanda TDT-nin enerji nazirlərinin görüşü keçiriləcək
11:24, Bu gün
Azərbaycanda bir günlük depozit daimi imkan alətləri üzrə kvota artırılıb
11:23, Bu gün
Əsgər Ələkbərov: "Dünya Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır"
11:21, Bu gün
Fazil Mustafa niyə güllələndi - Müxalifətdən terror olayına MÜNASİBƏT
11:18, Bu gün
İran XİN rəhbəri: Rusiya ilə hərbi əməkdaşlıq 3-cü ölkələrə yönəlməyib
11:15, Bu gün
"Fazil Mustafanı ölümlə hədələyirdilər" - Deputat
11:12, Bu gün
Erməni analitik Qarabağdakı soydaşlarını Ermənistana köçürməyi təklif etdi...
11:12, Bu gün
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”
11:11, Bu gün
Bakı sakininə qarşı quldurluq edilib
11:10, Bu gün
Azərbaycanda qanunsuz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur
11:04, Bu gün
Millət vəkilinə atılan güllə xalqa açılan atəşdir - Deputat
11:02, Bu gün
Bakıda içərisində 17 800 manat pul olan çanta oğurlanıb
10:50, Bu gün
“Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”
10:40, Bu gün
FHN tərəfindən müharibədən və erməni terrorundan zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir - VİDEO
10:35, Bu gün
Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”
10:32, Bu gün
Rusiya “Yars” nüvə komplekslərinin təlimlərinə başlayıb
10:30, Bu gün
Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin icrası nəzərdən keçirilib
10:24, Bu gün
Bakıda avtosalonun qarşısından maşın qaçıran şəxs tutulub
10:23, Bu gün
Kadri Simson: Rusiyanın əsas qaz tədarükçümüz olduğu vəziyyətə qayıtmayacağıq
10:20, Bu gün
ABŞ-da baş vermiş atışma nəticəsində 1 polis əməkdaşı ölüb
10:19, Bu gün
FHN: Ötən sutka 43 yanğına çıxış olub, 7 nəfər xilas edilib
10:15, Bu gün
Dəniz və çaylarda suyun azalması Azərbaycanda enerji istehsalına necə təsir edir?
10:12, Bu gün
Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər
10:10, Bu gün
Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib
10:09, Bu gün
Fazil Mustafa ikinci dəfə əməliyyat olunub
10:08, Bu gün
Qazaxıstanda hökumət tam tərkibdə istefa verib
10:05, Bu gün
Lionel Messi yığmada 100 qola çatan üçüncü futbolçu olub
10:04, Bu gün
Britaniya səfiri deputat Fazil Mustafaya qarşı terror aktını şiddətlə qınayıb
10:03, Bu gün
Deputat: "Fazil Mustafaya qarşı xain hücumla bağlı cinayətkarların layiqli şəkildə cəzalandırılacağına şübhə yoxdur"
10:02, Bu gün
Azərbaycanda elektrik şəbəkəsinə onlayn qoşulmaların sayında artım qeydə alınıb
10:01, Bu gün
Çeçenistanda atışma olub
10:00, Bu gün
Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
09:59, Bu gün
Göyçay sakini dayısı oğlunu bıçaqlayıb
09:56, Bu gün
"Beynəlxalq yaz mühazirələri": Almaniyalı professorun mühazirəsi olacaq
09:53, Bu gün
Masallıda avtomobilin vurduğu velosipedçi 5 gün sonra xəstəxanada ölüb
09:52, Bu gün
Ağ Ev: “Netanyahunun Vaşinqtona səfəri hələ planlaşdırılmır”
09:51, Bu gün
Abşeronda iki avtomobil toqquşub, 5 yaşlı uşaq xəsarət alıb
09:50, Bu gün
Polşa və Rumıniya Aİ-dən Ukraynadan taxıl idxalına nəzarət mexanizmini istəyib
09:49, Bu gün
Bakıda 32 yaşlı qadın yol qəzasında ağır yaralanıb
09:47, Bu gün
Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə...
09:45, Bu gün
“Gələcəkdə “F-16”nın Ukraynaya təhvil verilməsi mümkündür”
09:44, Bu gün
Azərbaycan nefti bahalaşmaqda davam edir
09:43, Bu gün
"Sabirabadda 8 yaşlı uşağın meyitinin tapılması ilə bağlı araşdırma aparılır"
09:42, Bu gün
Göygöldə kişi bıçaqlanıb
09:42, Bu gün
XİN: "Ceyhun Bayramovun tarixi səfərindən sonra İsraillə əməkdaşlıq daha da genişlənəcək"
GÜNLÜK
28 Mar 2023 | 14:25
Fazil Mustafa Bakı Bulvar İdarəsini tənqid etdi: "Dedilər çəkiliş olmaz, qurbağalar narahat olur"
28 Mar 2023 | 15:56
"Mənə Lvov lazım deyil, bizə nifrət edənlər yox, bizimlə birgə yaşamaq istəyənlər lazımdır..."
28 Mar 2023 | 14:33
Nədən Belarus öz ərazisində nüvə raketləri yerləşdirir?
28 Mar 2023 | 15:04
On beş yaşında evdən qaçdı, əmisi onu öldürmək istədi, Röya onu məhkəməyə verdi...
28 Mar 2023 | 14:02
"Netanyahu çöksə, Kreml üçün ən pis variant olacaq" - Rusiyalı ekspert
28 Mar 2023 | 13:53
Abid Şərifovun oğlu vəfat etdi
28 Mar 2023 | 15:36
Səfirdən Azərbaycan millisi barədə şok sözlər: “Dollardan, polyak qızlarından danışırdılar...”
28 Mar 2023 | 14:22
Prezidentin yüksək vəzifə verdiyi Məsim Məmmədov kimdir? - DOSYE
28 Mar 2023 | 13:55
Aydın Kərimov Dövlət Təhlükəsizliyi Xidməti və xarici kəşfiyyat orqanları işçilərini təbrik edib - FOTO
28 Mar 2023 | 13:38
Aİ plastik kartlardan imtina etməyə hazırlaşır
HƏFTƏLİK
27 Mar 2023 | 12:05
Rusiya xüsusi təyinatlıları Zəngəzur dağlarında intensiv təlim keçir...- Səbəbi məlum deyil...
25 Mar 2023 | 11:41
“İranın bizə qarşı hərbi ritorikası daxilindəki mürəkkəb siyasi durumun nəticəsidir...”
28 Mar 2023 | 06:16
"Azərbaycan Ermənistanla sərhədə qoşun toplamayıb... Amma..."
24 Mar 2023 | 13:43
"Vətən qarşısında öz borcunuzu pozacağınız halda sizi cinayətkarlar kimi tar-mar edəcəyəm"
27 Mar 2023 | 10:47
“Dünya nə deyir, desin - ərazimizdəki qeyri bir ölkənin hərbi birləşmələrini çıxarmalıyıq...”  
27 Mar 2023 | 23:47
“Əgər elədirsə, 2 kino ittifaqı nəyə lazımdır, niyə məni, Rasimi, Fəxrəddini çəkmirlər?”
26 Mar 2023 | 09:51
"Növbəti addımımız ölkəmizin sərhədlərini nəzarətə götürməyimiz olmalıdır"
28 Mar 2023 | 11:12
“Moskvanın Qarabağ haqda bu qərarı Azərbaycan xalqından gizli saxlanılıb...”
24 Mar 2023 | 09:40
"Hamımız bilirik ki, xalqımızın Qarabağ problemindən də böyük dərdi var..."
22 Mar 2023 | 17:56
Qarabağda müharibə bitməyib, dayandırılıb...
AYLIQ
28 Mar 2023 | 14:25
Fazil Mustafa Bakı Bulvar İdarəsini tənqid etdi: "Dedilər çəkiliş olmaz, qurbağalar narahat olur"
28 Mar 2023 | 15:56
"Mənə Lvov lazım deyil, bizə nifrət edənlər yox, bizimlə birgə yaşamaq istəyənlər lazımdır..."
28 Mar 2023 | 14:33
Nədən Belarus öz ərazisində nüvə raketləri yerləşdirir?
28 Mar 2023 | 15:04
On beş yaşında evdən qaçdı, əmisi onu öldürmək istədi, Röya onu məhkəməyə verdi...
28 Mar 2023 | 14:02
"Netanyahu çöksə, Kreml üçün ən pis variant olacaq" - Rusiyalı ekspert
28 Mar 2023 | 13:53
Abid Şərifovun oğlu vəfat etdi
28 Mar 2023 | 15:36
Səfirdən Azərbaycan millisi barədə şok sözlər: “Dollardan, polyak qızlarından danışırdılar...”
28 Mar 2023 | 14:22
Prezidentin yüksək vəzifə verdiyi Məsim Məmmədov kimdir? - DOSYE
28 Mar 2023 | 13:55
Aydın Kərimov Dövlət Təhlükəsizliyi Xidməti və xarici kəşfiyyat orqanları işçilərini təbrik edib - FOTO
28 Mar 2023 | 13:38
Aİ plastik kartlardan imtina etməyə hazırlaşır