"Yazıçı" nəşriyyatından başlayan redaktor ömrü...
Cəmiyyət
Oxunub: 1955
06 May 2021 | 22:30
Oxucu Musta Çəmənlini çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi kimi tanıyır və əsərlərini sevə-sevə oxuyur. XX əsrin 70-ci illərindən ədəbiyyata gələn Mustafa Çəmənlinin hekayələri, povest və romanları, eləcə də bədii publisistik əsərləri zaman-zaman Azərbaycan ədəbiyyatı xəzinəsinə daxil olmuş və olmaqdadır. 
 
Bu gün biz Mustafa Çəmənli yaradıcılığını tamam başqa tərəfdən – redaktorluq sahəsindən təftiş edəcək, maraqlı faktları üzə çıxarmağa çalışacağıq.
 
Mustafa Çəmənli 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra 1978-ci ildə “Yazıçı” nəşriyyatına böyük korrektor vəzifəsinə təyin edilir. Az keçmir 1981-ci ildə “Yazıçı” nəşriyyatında redaktor vəzifəsi ona həvalə edilir. Məlumdur ki, redaktor əməyi – ədəbi əməkdir. Onu yalnız gözəl savadı olan, ədəbi dil normalarını mükəmməl bilən və inkişaf meyllərini duyan, müəlliflərin əsərlərini daha məzmunlu, daha oxunaqlı etməkdə müəlliflərə köməklik göstərmək üçün dilin və məntiqin bütün üsul və vasitələrindən məharətlə istifadə etməyi bacaran şəxs daha uğurla apara bilər. Sovetlər dönəmində də istər korrektor olsun, istərsə də redaktor və ya nəşriyyatda çalışan digər vəzifə sahiblərinin səriştəsi, şəxsi keyfiyyətləri xüsusilə nəzərə alınırdı. Demək olar ki, nəşriyyatlarda redaktə işləri ancaq bu işi bacaran insanlara həvalə edirdi.  
 
Mustafa Çəmənlinin bu illərdə redaktorluğu ilə A.Tuqanov “Teatr xatirələri: fraqmentlər” (“Yazıçı”, 1980); C.Quliyev “Böyük humanist”: Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından səhifələr (“Yazıçı”, 1981); “Unudulmaz səhnə ustaları” (“Yazıçı”, 1981); A.Hacıbabayev “Səhnə andı”: Hüseyn Ərəblinski haqqında xatirələr (“Yazıçı”, 1982), H.Sarabski “Köhnə Bakı” (“Yazıçı”,1982); M.Süleyman “Xeyirxahlığa tələsin”: oçerk (“Yazıçı”, 1982) adlı maraqlı kitablar nəşr olunmuşdur.  
 
M.Çəmənlinin ilk müstəqil redaktə işlərindən biri Azərbaycan teatrı tarixində müstəsna xidmətləti olan A.A.Tuqanovun “Teatr xatirələri” olmuşdu. Mahnur Muradova kitabda görkəmli rejissorun xatirələrindən ayrı-ayrı hissələri dilimizə çevirmişdi. Bu xatirələrdə A.A.Tuqanov Azərbaycana gəlişindən, böyük dramaturqumuz Cəfər Cabbarlı ilə dostluğundan, onun pyeslərinin səhnə təcəssümündən və başqa hadisə və əhvalatlardan söhbət açır. 
 
Redaktor olduğu digər kitablardan biri də görkəmli opera müğənnisi Hüseynqulu Sarablinskinin “Köhnə Bakı” kitabıdır. Müğənninin kitabının əlyazmasını “Yazıçı” nəşriyyatına onun oğlu Azər Sarabski atasının anadan olmasının 100 illiyi münasibəti ilə təqdim edir. Lakin o zamankı qayda-qanuna görə gərək əsər oxunaydı, kənar müəlliflərə rəyə veriləydi, eyni zamanda nəşriyyat redaktorunun rəyi olaydı, bundan sonra nəşriyyatın tematik planına salınaydı. Tematik plan isə nəşriyyatdan sonra çoxlu mərhələlərdən keçirdi. Mətbuat Komitəsindən sonra Mərkəzi Komitədə baxılırdı. Bundan sonra nəşr olunacaq kitabların planı təsdiq olunub çap edilirdi. Bu tematik planın çap olunmuş nüsxələri kitab ticarəti təşkilatlarına – “Azərkitab”a və “Kəndkitab”a, Kitabxana kollektoruna göndərilirdi. Çünki tirajı bu təşkilatlar müəyyənləşdirirdi. İkinci bir çətinlik də orasındaydı ki, o dövrdə kompüter yox idi, əlyazmalarını linatipçi yığırdı (buna mətbəə dilində “qaryaçiynabor” deyilirdi) Bu isə çox uzun bir proses idi. Ona görə də redaktə edilib mətbəəyə göndərilən əlyazmalar kitab halında, bu günlə müqayisədə, həddən artıq gec işıq üzü görürdü. 
Azər Sarabski M.Çəmənliyə deyir ki, bəs, 40-cı illərin əvvəllərində atamı qlavlitə çağırırlar. Atam gedir qlavlitin rəhbərinin yanına. Görür ki, Səməd Vurğun da burdadır. Qış ayları imiş. Qlavlitin rəhbəri Sarabskiyə irad tutur ki, kitabınızda varlılardan, qoçulardan, milyoçulardan çox danışmısınız, bu cür səhifələri ixtisar edin. Getdikcə mubahisə artır. Sarabski hirslənib kabineti tərk edir. Mübahisənin bu mərhələyə çatdığını görən Səməd Vurğun “Köhnə Bakı”nın yeganə korrektura nüsxəsini götürüb paltosunun altında gizlədir. Belə bir təsadüf nəticəsində bu dəyərli kitab qorunub saxlanılır. Azər Sarabski onu da M.Çəmənliyə söyləyir ki, bu kitaba görkəmli rəssam Əzim Əzimzadə rəsmlər çəkibmiş. Söhbət əsnasında Azər Sarabskidən Mustafa Çəmənli məlumat alır ki, Əzim Əzimzadənin çəkdiyi rəsmlər İncəsənət muzeyində qorunub saxlanılır. 
 
 
M.Çəmənli fikirləşir ki, bu rəsmləri əldə edib kitabda verilsə çox yaxşı nəticə verər. Gec də olsa, haqq öz yerini tutar. Bu niyyətlə də o, Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinə gedir. O zaman muzeyin direktoru Xalq rəssamı Kazım Kazımzadə imiş. M.Çəmənli muzeyə yazılı şəkildə müraciət edir. Muzeydə çalışan sənətşünas Ziyadxan Əliyev Əzim Əzimzadənin köhnə Bakının etnoqrafik həyatını əks etdirən illüstrasiyalarını Mustafa Çəmənliyə göstərir. 
 
Ümumiyyətlə, kitabın növü, dili kimi tərtibatı da nəzərdə tutduğu oxucu kütləsinin bilik səviyyəsinə, dünyagörüşünə, maraq dairəsinə uyğunlaşdırılmalı, əlverişli istifadə üçün yararlı olmalıdır. Bunu çox gözəl dərk edən M.Çəmənli nəşriyyata gəlir (o zaman “Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev olmuşdur) Ə.Xanbabayevə muzeydə tamaşa etdiyi “Köhnə Bakı”nın rəsmləri barədə məlumat verir. Beləliklə, Muzeydən Əzim Əzimzadənin vaxtilə “Köhnə Bakı” üçün çəkdiyi on iki illüstrasiyasının surətini pul köçürərək “Yazıçı” nəşriyyatı alır və nəşr olunan kitaba daxil edir. M.Çəmənli “Köhnə Bakı”ya həm də Hüseynqulu Sarabskinin “Bir aktyorun xatirələri”, “Hüseyn Ərəblinskinin tərcümeyi-halı” xatirəsini də daxil edir.
 
Əlyazma üzərində redaktə aparılması yaradıcılıq işidir. İşin bu tərəfi mətnə tənqidi yanaşma, ona dair faydalı tövsiyələr verilməsi, müstəqil qərar çıxarılması və mətni bəzən dəyişdirərək təkmilləşdirmək zərurəti ilə bağlıdır. Ümumiyyətlə, əsər üzərində redaktor əməliyyatları çoxçeşidli və mürəkkəb bir işdir. Hər bir konkret əlyazma üzərindəki işin özünəməxsusluğu əsərin özündən, gələcək kitabın tipindən və başqa səbəblərdən də aslıdır. Bütün bunlar isə redaktor təcrübəsinin ümumiləşdirilməsi üçün qaçılmaz amillərdir. 
 
M.Çəmənli qeyd edir ki, 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalında, 1930-cu ildə kitabça halında çap olunmuş “Bir aktyorun xatirələri” və 1938-ci ildə yazılmış “Hüseyn Ərəblinskinin tərcümeyi-halı”nda bir-birini təkrar edən məqamlar vardı. Bu təkrarları aradan götürmək lazım idi. Redaktorun borcudur ki, bu cür nəşrlərdə apardığı redaktə işləri haqqında “Redaktordan” başlığıı altında oxucuları məlumatlandırsın. M.Çəmənli “Redaktordan” adlı bələdçi yazısında bu ixtisar məsələsinə toxunaraq yazır: 
 
“Kitabın redaktəsi zamanı mümkün qədər müəllifin dil və üslubuna toxunulmamışdır. Ancaq əsərlər bir kitabda toplandığı üçün təkrar görünən müəyyən cümlə və fikirlər, hadisə və əhvalatlar ixtisar edilmişdir”. Beləliklə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabı 1982-ci ildə 50000 tirajla işıq üzü görür. 
 
Mustafa Çəmənli 1983-1985-ci illərdə “Yazıçı” nəşriyyatında Klassik ədəbiyyat və folklor redaksiyasının müdiri vəzifəsində çalışmışdır. Elə bu illərdə onun redaktorluğu ilə bir çox kitablar işıq üzü görür: A.Abbas “Evləri köndələn yar...: povestlər və hekayələr” (“Yazıçı”, 1983), M.Səməd “Nağıllar yalan olmur”: hekayələr və oçerklər (“Yazıçı”, 1983), B.Talıblı “Seçilmiş əsərləri” (“Yazıçı”, 1983), A.Bakıxanov “Seçilmiş əsərləri” (“Yazıçı”, 1984), Cabbarlı “Əsərləri”: 3 cild (“Yazıçı”, 1984), M.Oruc “İkinci ad”: Hekayələr və povestlər (“Yazıçı”, 1984), N.Veysəlli “Sehrkar səslər, əfsanəvi rənglər”: oçerklər və bədii portretlər (“Yazıçı”, 1984). 
 
Çox keçmir Mustafa Çəmənli 1986-1988-ci illərdə “Yazıçı” nəşriyyatında “Nəsr” şöbəsində böyük redaktor vəzifəsinə təyin edilir.
 
Mustafa Çəmənli 1987-1988-ci illərdə də bir çox əhəmiyyətli kitabların redaktoru olmuşdur. Məsələn, T.Abbasov “Ətirli bir gün: hekayələr” (“Yazıçı”, 1987), Y.V.Çəmənzəminli “Qızlar bulağı. Qan içində” (“Yazıçı”, 1987), Elçin “Bülbül” (“Yazıçı”, 1987), Ş.Kərimov “Ala buludlar: roman” (“Yazıçı”, 1987), M.Şəkilli “Bir yay günü: povestlər” (1987), A.Abdullayev “Gərək belə görüşməyəydik: povest və hekayələr” (“Yazıçı”, 1988), Ş.Qurbanov “Sənsiz: Pyeslər, liberettolar, hekayələr və şeirlər” (“Yazıçı”, 1988), M.Süleymanlı “Səs: povestlər və roman” (“Yazıçı”, 1988), C.Zeynal “Şəhərə qay yağdı: povestlər və hekayələr” (“Yazıçı”, 1988), Ə.Nicat “Gəncəli müdrik”: roman (Yazıçı, 1990).
 
Ümumiyyətlə, 1980-ci illərdə Respublikamızda fəaliyyət göstərən nəşriyyatlar sırasında “Yazıçı” nəşriyyatı öndə gedən nəşriyyatlardan biri idi. 1989-1990-cı illərdə Mustafa Çəmənli “Nəsr” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. “Yazıçı” nəşriyyatında faəliyyəti 1991-ci ildə bitir və 1992-ci ildən 2006-cı ilə kimi  “Gənclik” nəşriyyatında baş redaktor kimi səmərəli fəaliyyət göstərir. Mustafa Çəmənli hazırda (2006-cı ildən) “Təhsil” nəşriyyatında “Bədii-ədəbiyyat” şöbəsinin müdiri vəzifəsində çalışır. Lakin onu da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan kitabının bədii tərtibat işlərində də Mustafa Çəmənlinin xüsusi xidmətləri olmuşdur. Gələcək yazımızda məhz bu məsələləri də dəyərli oxucularımıza çatdıracağıq.
Oxşar xəbərlər
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO