“Şəhid ailələrinə verilən dəstək onu göstərir ki, xalqımız öz qəhrəmanlarını yaddan çıxarmır və çıxarmayacaq”
Gündəm
2917
18 Dec 2020 | 16:04

“Şəhid ailələrinə verilən dəstək onu göstərir ki, xalqımız öz qəhrəmanlarını yaddan çıxarmır və çıxarmayacaq”

Veysəloğlu Şirkətlər Qrupu Vətən Müharibəsində şəhid olan 12 əməkdaşının ailəsini himayəyə götürüb.

 

Şirkətlər Qrupunun rəhbərliyinin aldığı qərara görə, hərbi çağırış dövründə valideyni, övladı və ya həyat yoldaşı şəhid olmuş əməkdaşlara isə 3000 manat həcmində birdəfəlik müavinət veriləcək.

 

Digər qurum və müəssisələrin, şirkət və təşkilatların da Veysəloğlu Şirkətlər Qrupunun məlum təşəbbüsünə qoşulması, öz şəhid əməkdaşlarının ailələrinə bu cür dəstək verməsi nə dərəcədə arzuediləndir?

 

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu cür təşəbbüslərin alqışlanan olduğunu vurğulayıb:

 

“Bu cür humanitar addımlar olduqca müsbət və təqdirəlayiqdir. Təbii ki, biz gözləyirik ki, imkanı olan şirkətlər ya bilavasitə şəhid olmuş əməkdaşlarının ailələrinə dəstək verəcəklər, ya da “YAŞAT” Fondunun fəaliyyətinə dəstək göstərəcəklər. “YAŞAT” Fonduna dəstəyin verilməsi müharibədə şəhid olan, sağlamlığını itirən vətəndaşlarımıza daha ciddi köməkliyin göstərilməsi baxımından əhəmiyyətlidir.

 

Həm şirklətlərimizin, həm vətəndaşlarımızın, həm də digər qurumların şəhid ailələrinə verdiyi dəstək onu göstərir ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını, eləcə də onların ailələrini heç vatx unutmayacaq. Azərbaycan xalqının yaddaşında onlar daim yaşayacaq və bir qəhrəman olaraq hörmətlə yad ediləcək.

 

Biz şəhid ailələrinə, onların övladlarına kömək məqsədi ilə atılan hər bir addımı dəstəkləyir və müsbət hesab edirik”.

 

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər