Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - TAM MƏTN
Oxunub: 1518
27 Sep 2020 | 13:04
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - TAM MƏTN
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. 

Moderator.az ölkə Ali Baş Komandanın xalqa müraciətinin tam mətnini təqdim edir:

Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.

Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.

İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.

Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır.

Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.

Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır.

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir.

Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir.

Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Oxşar xəbərlər
16:06, Bu gün
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı əraziləri su basıb, 15-dən çox kəndlə əlaqə kəsilib
15:53, Bu gün
Hazır bulyonlar orqanizmə necə təsir edir?
15:37, Bu gün
Tailand Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
15:32, Bu gün
Qan təzyiqini tənzimləyir, həzmə kömək edir
15:30, Bu gün
HAMAS Təl-Əvivi raket atəşinə tutub
15:28, Bu gün
Özbəkistanda Atom Enerjisi Agentliyi yaradılacaq
15:27, Bu gün
Astarada qonaqlığa gedən Əfqanıstan vətəndaşı öldü
15:22, Bu gün
"Hazırlaşın" əmri verildi - Hədəf birbaşa Rusiya ərazisi olacaq
15:20, Bu gün
Azərbaycanda 5 gün iş olmayacaq
15:04, Bu gün
Qəzzada ölənlərin sayı 36 minə yaxınlaşıb
15:03, Bu gün
Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib
15:00, Bu gün
Sumqayıtın İcra başçısından Prezidentə AÇIQ ŞİKAYƏT - İş adamlarının 3 milyon manatlıq borcu qaytarılmır
14:38, Bu gün
5 nəfərdə mobil telefon aşkarlandı
14:35, Bu gün
Üç bürc üçün pul çay kimi axacaq
14:34, Bu gün
Baqrat yuxusunu qarışdırdı - "Qarabağ, Qars və Ərzurum..."
14:31, Bu gün
"Baydenin siyasəti III Dünya müharibəsinə aparır" - Tramp
14:14, Bu gün
Bu gün 48 mindən çox abituriyent II və III qruplara imtahan verib - YENİLƏNİB
14:04, Bu gün
Azərbaycanın bu ərazilərində subasma olacaq - XƏBƏRDARLIQ
14:03, Bu gün
Gürcüstanın baş naziri prezidenti vətənə xəyanətdə ittiham etdi
14:01, Bu gün
“Məni gözdən salmağa çalışdılar” - VİDEO
14:00, Bu gün
“Mançester Siti”nin gələcək baş məşqçisinin adını AÇIQLADI
13:59, Bu gün
Zelenski dünya liderlərinə müraciət etdi
13:58, Bu gün
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
13:10, Bu gün
Putin Minskdə Yanukovoviçlə görüşüb?
13:00, Bu gün
77-ci Kann Film Festivalının QALİBLƏRİ
12:48, Bu gün
Məni Tanrı göndərib - Modi
12:31, Bu gün
104 il öncə Rusiya bu şəhərdə 12 min soydaşımızı qətl etdi...-KÖLGƏDƏ QALAN TARİX
12:30, Bu gün
KXDR-dən Koreya və ABŞ-yə XƏBƏRDARLIQ
12:26, Bu gün
Efirdə öpüş davası: Xalq artistləri GÖRÜN NƏ ETDİ- VİDEO 
12:23, Bu gün
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq və dolu düşəcək
12:20, Bu gün
Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir
12:19, Bu gün
“Baxdım, yaxşı çəkilib”  - VİDEO
12:16, Bu gün
Azərbaycanda bu şəxslər pulsuz sanatoriya-kurorta göndəriləcək
12:09, Bu gün
Fransada keşiş yüzlərlə uşağa təcavüz edib
11:54, Bu gün
Dünya liderləri İlham Əliyevi təbrik edir - YENİLƏNDİ
11:38, Bu gün
Təbrizli millət vəkili prezidentliyə iddialıdır
11:36, Bu gün
Monqolustan Prezidenti İlham Əliyevi təbrik etdi
11:33, Bu gün
Fransa Ermənistana qoşun yeridəcək? – Makronun dostu hər şeyi etiraf etdi
11:32, Bu gün
Ermənistanda şəhəri su basdı - Ölən var
11:23, Bu gün
Dünyanın gözü ŞUŞADA- FOTOLAR 
11:12, Bu gün
Burada təbiət hələ də silah “qusur”...
11:09, Bu gün
Ədliyyə Nazirliyində yeni təyinat olub
11:00, Bu gün
Dörd qadın məhbus azad edildi
10:59, Bu gün
İki ay ərzində bu qidaları yeyənlərdə xəstəliklərdən əsər-əlamət qalmır
10:51, Bu gün
Hər ayrılqda insanın ürəyi qırılırmı? - Kardioloq açıqladı
10:44, Bu gün
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev
10:30, Bu gün
Su pərisi formasında uşaq doğuldu - Həkimlər ŞOKDA
10:15, Bu gün
Universitetdə dərs deyən qadın çılpaq formada ölü tapıldı - TƏFƏRRÜAT/VİDEO
10:09, Bu gün
Rusiya son sutkada bu qədər itki verdi - ŞOK RƏQƏMLƏR
09:59, Bu gün
Həyat yoldaşına görün hansı azərbaycanlı futbolçu ilə xəyanət edib
09:52, Bu gün
Əhalinin DİQQƏTİNƏ! Bu havalarda...
09:44, Bu gün
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?- 5 gün...
09:39, Bu gün
Nikolun helikopter insidenti: Onu öldürmək istəyənlər kimlərdir? 
09:32, Bu gün
Bu gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq
09:29, Bu gün
Beyində saxlanan məlumatların miqdarı HESABLANDI
09:16, Bu gün
Bu tələbələrə hər ay əlavə 200 manat veriləcək
09:12, Bu gün
Mayın 26-nın ULDUZ FALI: Bu günbir lotereya bileti ala bilərsiniz, amma...
09:06, Bu gün
Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olur?
08:55, Bu gün
Bütün xəstəliklərin səbəbi BU İMİŞ
08:44, Bu gün
Müdir ilə münasibətlər: yaxın olmaq yoxsa məsafə saxlamaq?
08:44, Bu gün
İngiltərədə son 70 ilin ən böyük maliyyə böhranı ola bilər
08:42, Bu gün
Azərbaycan qutabı dünyanın ən yaxşı un məlumatları sırasında ilk onluqda
08:37, Bu gün
Süni intellekt ən populyar axtarış sistemini "sındırdı"
08:25, Bu gün
HƏMAS İsraillə danışıqlardan imtina etdi
08:19, Bu gün
Əfv sərəncamının icrasına başlanıldı
07:59, Bu gün
Bu havalarda təzyiq xəstələri nə etməlidir?
07:47, Bu gün
II və III qruplara imtahan keçirilir
25 May 2024 | 23:12
Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
25 May 2024 | 23:08
İran prezidentliyinə namizədlərin siyahısı nə vaxt açıqlanır?
25 May 2024 | 22:48
Çörəyin qiyməti nə qədər artacaq?
25 May 2024 | 22:28
DİM-ə şikayət edən şagird haqlı çıxdı: Ölkə birincisi oldu
25 May 2024 | 22:09
"İsrailin apardığı savaş əsl soyqırımdır"
25 May 2024 | 22:05
Mirzoyan Borellə Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
25 May 2024 | 22:02
Aslan Hüseynovu ölümə öz anası aparıb - Faciəvi qəzanın TƏFƏRRÜATI
25 May 2024 | 22:00
Əlifba bayramının ikiqat sevinci... - FOTOLAR
25 May 2024 | 21:56
Baydendən Putinlə bağlı bunu istədim, imtina etdi
25 May 2024 | 21:53
G7 İrana çağırış etdi
25 May 2024 | 21:52
Sumqayıtda üçmərtəbəli evdə yanğın olub
25 May 2024 | 21:35
Ərdoğan dəhşətli zəlzələlərin vurduğu ziyanı açıqladı
25 May 2024 | 21:22
Sənət yoldaşları Habil Əliyev haqqında: "Kamançamızın gerbi sayılırdı"
25 May 2024 | 21:19
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkar edilib - VİDEO
25 May 2024 | 20:50
ABŞ Rusiyanı uzaqmənzilli raketlərlə vurmağa hazırlaşır - ŞOK
25 May 2024 | 20:47
Vasif Talıbovun ailəsinə ağır itki - FOTO
25 May 2024 | 20:43
Talıb Talenin toyudur - VİDEO
25 May 2024 | 20:34
Lənkəranda körpə evin ikinci mərtəbəsindən yıxılıb
25 May 2024 | 20:32
Mançester derbisi "qırmızı şeytanlar"ın qələbəsi ilə başa çatdı
25 May 2024 | 20:18
"Bavariya" yeni baş məşqçisini seçdi
25 May 2024 | 20:16
Yalan danışmayan KİŞİ BÜRCLƏRİ – Etibarlı insanlardır
25 May 2024 | 20:15
Azərbaycan XİN İordaniyanı təbrik edib
25 May 2024 | 20:14
Bakı bulvarında elektron skuterdən yıxılan qız baş nahiyəsindən ağır xəsarət aldı
25 May 2024 | 20:01
"Vəziyyət dəyişsə, dərhal "rusun bayrağı"nın altına keçməyə hazır olanlar  kifayət qədərdir...”
25 May 2024 | 19:46
Doberman təliminin qaydaları - İntizam və sadiqlik texnikaları!
25 May 2024 | 19:46
Yağıntı ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
25 May 2024 | 19:45
Azərbaycan qadın voleybol millisi yenə məğlub olub
25 May 2024 | 19:43
Sergey Strokan: "Ermənistanın faciəsi ikili kimliyindədir"
25 May 2024 | 19:23
Misir Qəzzada danışıqları bərpa etməyə çalışır
25 May 2024 | 19:21
"Aşk-ı Memnu"nun aktrisası ağır vəziyyətdədir
25 May 2024 | 19:14
Sumqayıtda qumbara tapılıb
25 May 2024 | 18:56
Küləkli hava nə vaxtadək davam edəcək?
25 May 2024 | 18:55
Lənkəranda yük maşını sürücünün üstünə aşıb
GÜNLÜK
25 May 2024 | 23:12
Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
25 May 2024 | 18:17
Bu ölkə veteranlar arasında intiharların qarşısını almaq üçün maraqlı üsula əl atdı
25 May 2024 | 16:55
"Qərb silahları ilə Rusiyaya zərbələr endirməyə qadağa ləğv edilməlidir" - NATO-nun baş katibi
25 May 2024 | 16:42
Nərgiz Absalamovanın həbs müddəti uzadıldı
25 May 2024 | 16:30
"Allah onların bəlalarını versin, başlarına daş..."
25 May 2024 | 16:48
Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir
25 May 2024 | 16:23
Su Ehtiyatları Agentliyi Xankəndidə iclas keçirdi - 10 nəfər sakini işlə təmin etdi - FOTO
25 May 2024 | 16:36
Ukraynanın yeganə azərbaycanlı Xalq rəssamı: Müharibə sənətinə mane ola bilmir - VİDEO
25 May 2024 | 22:02
Aslan Hüseynovu ölümə öz anası aparıb - Faciəvi qəzanın TƏFƏRRÜATI
25 May 2024 | 17:10
Müstəqillik Günü Polşada təntənə ilə qeyd olunub - FOTO
HƏFTƏLİK
22 May 2024 | 10:58
Rəisinin cəsədinin dəhşətli fotosu yayıldı
21 May 2024 | 16:56
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
22 May 2024 | 11:18
Pensiya alanlara sevindirici xəbər - Bu qayda dəyişdi 
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
23 May 2024 | 23:26
Araq içənlərin DİQQƏTİNƏ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 16:22
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
AYLIQ
25 May 2024 | 23:12
Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
25 May 2024 | 18:17
Bu ölkə veteranlar arasında intiharların qarşısını almaq üçün maraqlı üsula əl atdı
25 May 2024 | 16:55
"Qərb silahları ilə Rusiyaya zərbələr endirməyə qadağa ləğv edilməlidir" - NATO-nun baş katibi
25 May 2024 | 16:42
Nərgiz Absalamovanın həbs müddəti uzadıldı
25 May 2024 | 16:30
"Allah onların bəlalarını versin, başlarına daş..."
25 May 2024 | 16:48
Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir
25 May 2024 | 16:23
Su Ehtiyatları Agentliyi Xankəndidə iclas keçirdi - 10 nəfər sakini işlə təmin etdi - FOTO
25 May 2024 | 16:36
Ukraynanın yeganə azərbaycanlı Xalq rəssamı: Müharibə sənətinə mane ola bilmir - VİDEO
25 May 2024 | 22:02
Aslan Hüseynovu ölümə öz anası aparıb - Faciəvi qəzanın TƏFƏRRÜATI
25 May 2024 | 17:10
Müstəqillik Günü Polşada təntənə ilə qeyd olunub - FOTO