“Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız...”- Rəsulzadə
Ekskluziv
Oxunub: 10641
31 Jan 2024 | 12:03
“Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız...”- Rəsulzadə
“Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz. Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz. Fəqət kəndi istiqlalımızı da əziz tutarız...”
 
Rəsulzadənin Rusiyaya yanaşması – Rusiya hakimiyyətinin Rəsulzadəyə münasibəti... 
 
"Kreml sovet dövründə olduğu kimi Rəsulzadəni Hitler faşizmi ilə əməkdaşlıqda ittiham edərək, onu əli minlərlə soydaşımızın qanına batmış erməni faşisti Qaregin Njde ilə bir cərgəyə qoymağa, az qala, ona “xalq düşməni” damğası vurdurmağa çalışır..."
 
Allahın adı ilə!..
 
Bu gün – 31 yanvar Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümüdür... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan müstəqil demokratik dövlətçiliyinin banisinin 140 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli sərəncam imzalayıb... Hazırda bu münasibətlə Bakıd Rəsulzadə Ev Muzeyi" İctimai Qrupu, Milli Azərbaycan Tarixi Muzeyi, "Xəzər" Universiteti, Varşava Universiteti, Ankara Universiteti və “VMF Holding”in təşkilatçılığı ilə konfrans keçirilir. 

Təəssüf ki, yubiley tədbirlərində bir sönüklük var… Orta yaşı nəsil nümayəndələrinin yaxşı yadında olar, Azərbaycan xalqına, onun müstəqilliyinə, xoşbəxtliyinə heç bir dəxli olmayan, əksinə, ölkəmizi işğallara, qırğınlara, repressiyalara, güllələnmələrə, sürgünlərə bələyən Leninin yubileyləri Bakıda, bölgələrdə necə təmtəraqla qeyd olunurdu…

…Bu faktı heç kəs dana bilməz ki, 1991-ci ildən bəri müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasına rəhbərlik etmiş bütün iqtidarlar 106 il öncə M.Ə.Rəsulzadə, F.Xoyski kimi liderlərin qurduğu təməl üzərində dayanıb… 
 
1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılmasaydı, 1991-ci ildə yenidən müstəqillik əldə edə bilərdikmi və bu gün də hüquqi cəhətdən müstəqil ola bilərdikmi? Əsla. Çünki   ADR-in olmayacağı təqdirdə SSRİ yaradılarkən Kreml bizə ən yaxşı halda muxtariyyət verəcəkdi və  həmin imperiya dağıldıqdan sonra da, məsələn, Dağıstan Muxtar Respublikası  kimi Rusiyanın tam əsarəti altında olan  bir qurum olacaqdıq...Bunu bilmək və dəyərləndirmək lazımdır...
 
Tarix göstərir ki, həqiqətən xalqın, insanlığın sevgisini qazanmış şəxsiyyətləri heç bir qüvvə ürəklərdən silə bilmək qüdrətində deyil. 1400 ilə yaxındır ki, bəşəriyyətin sonuncu peyğəmbəri Muhəmməd əleyhissəlam dünyadan köçüb, ancaq kafirlər dünyasının var gücü ilə apardığı gizli və açıq müharibələrə, əks təbliğata baxmayaraq onun sevgisini  yüz milyonların könlündən yox edə bilmirlər. Halbuki peyğəmbərimizin nə vətəni Ərəbistanda, nə də dünyanın hər hansı digər bir nöqtəsində nə bir portretin görən olub, nə də bir heykəlin... Onun portreti də, heykəli də Allah sevgisi ilə dolu qəlblərdədir... 
 
Bu gün Məhəmməd Əminin də doğma Novxanı kəndindən savayı, nə heç yerdə heykəli var, nə də hardasa bir yol kənarında nəhəng bir portreti... Onun da  portreti,  heykəli  Azərbaycanın əsl azadlığı, müstəqilliyi eşqi ilə döyünən ürəklərdədir... Yeri gəlmişkən, ADR banisinin adının necə qoyulduğunu bilmirəm, amma onu bilirəm ki, peyğəmbərlik verilməmişdən öncə hələ yeniyetmə çağlarında Məhəmməd əleyhissəlam el arasında Məhəmməd Əmin ( sözünə, vədinə sadiq, əmanətə xəyanət etməyən) ləqəbi ilə tanınarmış...
 
Ümumiyyətlə, kimliyindən asılı olmayaraq insanlara heykəl qoyulmasının əleyhinəyəm. Çünki bu, bütpərəstlik əlamətidir. Lakin axı hamı, o cümlədən Rəsulzadəsevərlər belə düşünmür. Onlar deyirlər ki, niyə 5-6 kitab sahibi olan bir yazıçıya və yaxud Azərbaycanı işğal etmiş, bölmüş bir xalqa mənsub olan Puşkinə Bakınin lap mərkəzində heykəl qoyulur, ancaq Quzey Azərbaycanı   əsarətdən xilas etmiş, ADR kimi canlı bir əsər yaratmış dahiyə bir büst belə qoyulmur?..
 
Azərbaycan Respublikası Nazirlər Kabineti Məmmədəmin Rəsulzadənin Bakıda abidəsinin ucaldılması barədə 1992-ci il yanvarın 13-də qərar qəbul edib. Qərarın  icrası Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Bakı şənər İcra hakimiyyətinə tapşırılıb. Həmin qərardan sonra Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Ömər Eldarov  heykəli hazırlamağa başlayıb... 
 
Rəsulzadəyə Bakıda heykəl qoyulması məsələsi bir də 1993-cü ilin dekabrında yada düşüb. Həmin vaxt mərhum dövlət başçısı Heydər Əliyevin Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı verdiyi sərəncamda ona Bakıda heykəl qoyulması, əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən on illər ərzində aidiyyatı qurumlar bu sərəncamın da müddəalarını yerinə yetirməyib...  Və Rəsulzadənin Bakıdakı Kukla teatrı ilə üzbəüz bağda quraşdırılmalı olan heykəlinin yeri hələ də boşdur... Şükürlər olsun ki, ölkə başçısı İlham Əliyevin 140 illik yubileyi ilə bağlı müvafiq sərəncamından sonra Məhəmməd Əminin Bakıda ev miuzeyi nəhayət, yaradılıb...
 
Doğrusunu demək gərəkdir ki, Rəsulzadəyə, o cümlədən  XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinə nail olmuş digər liderlərə, eləcə də böyük Osmanlı, türk oğlu Nuru paşaya xeyli soyuq münasibətin səbəbkarı  məhz Rusiya hakimiyyətidir... Axı bu dövlətin ölkəmizdəki “5-ci kalon”u çox güclüdür...
 
Rəsmi Moskva Məhəmməd Əminə qarşı açıq-aşkar düşmən mövqeyi tutub. Çünki heç vaxt Azərbaycanın gerçək müstəqilliyini istəməyib... Bu, Rusiya XİN sözçüsü Zaxarovanın son çərənləmələrindən də bəlli oldu(  )... Kreml sovet dövründə olduğu kimi Rəsulzadəni Hitler faşizmi ilə əməkdaşlıqda ittiham edərək, onu əli minlərlə soydaşımızın qanına batmış erməni faşisti Qaregin Njde ilə bir cərgəyə qoymağa, az qala, ona “xalq düşməni” damğası vurdurmağa çalışır...
Bəs Rəsulzadə bir siyasətçi və lider olaraq necə yanaşıb Rusiyaya?...
 
Məhəmməd Əmin Rusiya xalqına bir yaxın qonşu olaraq tam rəğbət və ədalətlə yanaşıb. Bunu ADR banisinin 1918-ci ilin dekabrında Azərbaycan Parlamentinin açılışındakı nitqində söylədikləri də isbatlayır:
 
“Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatına nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır. Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir). Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir. Bu "federosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır (alqışlar). Ərz edim ki, biz Rusiya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz. Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız. Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar). Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz. Fəqət kəndi istiqlalımızı da əziz tutarız (alqışlar)".
 
Eyni zamanda Məhəmməd Əmin  daim işğalçı xislətli Rusiya imperoiyasını nəzərdə tutaraq belə bir müdrik fikir də söyləyib: “Rusiya kiçilib öz tarixi torpaqlarına sığınmayanadək dünya xalqlarına rahatlıq yoxdur...”
 
Bu gün Rusiyanın Ukraynaya qarşı törətdikləri də Rəsulzadənin dediklərini təsdiqləyir...
 
*** ***
 
Şəxsiyyətlər də bütləşdirilməməlidir. Liderlərin xidmətlərinin aşırı, ifrat şişirdilməsi də
 onları gözdən salır... Hamının səhvləri olub, o cümlədən Rəsulzadənin də... 
Fəqət, fakt odur ki, Şərqdə  “müstəqil” , “demokratik” adlandırıla biləcək ilk dövləti o kişi yaradıb...
 
İrəvanın ermənilərə verilməsini də qətiyyən ADR və Rəsulzadə ilə bağlamaq doğru deyil, çünki 1918-ci ilin may-iyun aylarınadək bütün Qərbi Azərbaycan kimi İrəvan da bilavasitə Azərbaycanın yox, çar Rusiyasının tabeçiliyində olmuş bir ərazi idi... Və həmin vaxt hələ Rəsulzadə başda olmaqla ADR hakimiyyəti heç Bakıya gəlib hakimiyyət kürsüsünə əyləşməmişdi...
 
*** 
2010-cu ildə paytaxtımızda  fəxrlə dünyada ən uca bayraq dirəklərindən birini ucaltdıq... Amma Bakıda nə həmin üç rəngli bayrağın ilk ideyasını verən Əli bəy Hüseynzadənin(yaxşı ki, Salyanda heykəli var), nə də  o müstəqillik bayrağını ilk dəfə yüksəldən  M.Rəsulzadənin  bir xatirə abidəsi var... Yaxşı ki, yer üzündə heç nə əbədi deyil, o cümlədən abidələr də...  
 
Sultan Laçın
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO