Sənət yoldaşları Habil Əliyev haqqında: "Kamançamızın gerbi sayılırdı"
Cəmiyyət
Oxunub: 2473
25 May 2024 | 21:22
Sənət yoldaşları Habil Əliyev haqqında:
O, təkcə muğam və xalq mahnılarımızın mahir ifaçısı deyildi, həm də gözəl, yaddaqalan mahnıların bəstəkarı idi. Yazdığı mahnılar ən görkəmli müğənnilərimizin ifasında səslənib.
 
28 may böyük kaman ifaçısı Habil Əliyevin doğum günüdür. Sənət yoldaşları ustadı adına və sənətinə layiq hörmətlə anırlar. Deyirlər ki, Habil Əliyev kamanı ilə heç kimi təkrar etmirdi, yalnız özünü ifadə edirdi. Bu ifa təkcə ölkəmizdə deyil, bütün dünyada musiqisevərlər tərəfindən böyük sevgi ilə qarşılanırdı.
 
Sənət yoldaşları H.Əliyev barədə düşüncələrini "Kaspi" qəzeti ilə bölüşüblər.
 
"Deyərdim ki, o, kamançamızın gerbi idi"
 
Xalq artisti, professor Möhlət Müslümov xatırlayır: "Habil Əliyevlə aylarla qastrollarda olmuşam. Ustadla son qastrolumuz Təbrizə olub. Məni ilk dəfə İrana konsertlərə də o aparıb. Ümumiyyətlə, gənc yaşlarımdan mənə hərtərəfli dəstək olub. Təbrizdəki son konsertində səhnəyə çıxıb "kamançama istefa verirəm, bu, axırıncı konsertimdir" dedi. Sonra "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan" şeirini söylədi, hamımızı da ağlatdı. Onu İranda çox sevirdilər. Habil müəllim deyirdi ki, orada musiqiyə qulaq asmırlar, musiqini içirlər. İranda küçədə gəzərkən hamı bizə yaxınlaşırdı. Habil müəllim böyük sənətkar idi. Deyərdim ki, o, kamançamızın gerbi idi. İkinci Habil müəllim yetişməyib, hələ bir əsr də yetişməyəcək. Onun həm bəstəkarlığı, həm də yüksək ifaçılığı vardı. Habil müəllim bütün dünyaya sübut elədi ki, kamança Azərbaycan xalqına məxsusdur".
 
Tarzən Habil Əliyevlə işbirliyinin çox olduğunu deyir: "Mən Habil müəllimlə birlikdə çox ifa etmişəm. Onunla üçlük çalmışam. Habil müəllimin yubileylərində həm rəhbərlik etdiyim Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı çıxış edib, həm də Heydər Əliyev Fondu tərəfindən onun mahnılarından ibarət musiqi albomuna daxil olan disklərin buraxılışını ustad mənə həvalə etdi. Biz 6-7 gənc xanəndə ilə o diskləri hazırladıq. Mən Habil müəllimi hər gün xatırlayıram, hər gün də ona qulaq asıram. Onun lent yazıları mənə çox kömək edir". M.Müslümov deyir ki, Habil Əliyev musiqi məktəblərində dərs deməsə də, çoxlu tələbə yetişdirib: "Dərs deməklə deyil. Hazırda nə qədər yaxşı kamançaçalan var, hamısı Habil müəllimi yamsılayır, təqlid edir. Bu, böyük məktəbdir. Sənətin yüksəkliyi budur, səni yamsılasınlar. O, özü də bunu görürdü. Rəhmətlik Ədalət Vəzirovun, Fəxrəddin Dadaşovun ifaçılığından çox xoşu gəlirdi. Biz qastrollarda məşq edən zaman gəlib məsləhətlərini verirdi".
 
Tarzən xatırlayır ki, insanlar toy şənliklərində Habil Əliyevin ifa etməsi üçün aylarla gözləyirmişlər: "Onunla çox toyda olmuşam. Onun görüşünə millət yığılırdı, hər dəfə az qala 2-3 min adam gəlirdi. Heç o toya dəvətləri olmayanlar da Habil müəllimi yaxından görmək, ona qulaq asmaq üçün gəlirdilər".
 
"Habil kimisi gəlmədi"
 
Xalq artisti Ağasəlim Abdullayev "Habil Əliyevlə elə qastrollarımız olub ki, iki aydan çox çəkib. Azərbaycanda da konsertlərdə birgə çox iştirak etmişik", - deyə ustadı xatırlayır: "İranda qastrolda olanda təkcə azərbaycanlıların deyil, elə farsların da ona möcüzəvi sənətkar kimi yanaşdığının şahidi olmuşam. Onu görmək üçün qonaq evinin qarşısına 100-200 adam yığılırdı. O vaxt Hacıbaba Hüseynov, Arif Babayev, Teymur Mustafayev də bizimlə idi. Habil Əliyevi evlərinə dəvət edirdilər. O da imkan edib hamısına gedə bilmirdi. Konsertlərdən sonra yorğun olurdu. İranın böyük xanəndəsi Şajaryanla birlikdə konserti olurdu. O konsertlərdə bəlkə də 5 min adam iştirak edirdi". A.Abdullayev Habil Əliyevlə və xanəndə Teymur Mustafayevlə birlikdə el şənliklərinə çox getdiyini xatırlayır: "Həmin şənliklərdə Habil müəllimə olan el sevgisinin şahidi olmuşam. Habil kamança alətinin şahıdır. Çünki ondan qabaq başqa millətlərin də kamançaçalanları vardı. Habildən sonra onların əksəriyyəti kamançanı yerə qoydu. Habil kamanı onların əlindən aldı". A.Abdullayev deyir ki, Habil Əliyev özü də kamançaçalanlar yetişdirib, ondan sonra da kamançaçalanlar yetişib, amma onların heç birinin sənəti Habil Əliyev kimi olmayıb: "Habil yolunu gedən yoxdur. İndikilərin əlləri yaxşı işləyir, amma musiqiyə ürək lazımdır. Habilin ürəyi onlarda ola bilməz. Onun kamanı oxuyurdu. Heç xanəndə onun çalğısı kimi oxuya bilmirdi. Ondan sonra Habil kimisi gəlmədi. İndi kamançanın yolu dəyişib, muğama yaxın gəlmir, müxtəlif aranjemanlar edirlər. Amma Habil kamanı xanəndələrdən yaxşı oxudurdu...".
 
"Gəlin, sizin ifanızı yazaq!"
 
Xanəndə Ehtiram Hüseynov ustad sənətkarın xoşladığı gənc ifaçılardan olduğu üçün özünü xoşbəxt sayır: "Habil müəllim bir neçə gənc xanəndəni dəvət etdi ki, onları müşayiət etsin və həmin ifalar lentə yazılsın. O gənclərdən biri də mən idim. Muğam Teatrında konsert zamanı Almaz Orucova, Babək Niftəliyev, Sevinc Sarıyeva, Əsgər Əhmədovu, tar-kamança ifaçıları Elçin və Elnur Haşımovları və məni yığdı. O vaxt hələ muğam müsabiqələri yox idi. "Mən heç vaxt heç kimə deməmişəm, gəl, sənin ifanı lentə yazım, amma sənlə Babəkə deyirəm ki, gəlin, sizin ifanızı yazaq, qoy gələcək üçün yadigar qalsın", - söylədi. Hətta zarafatla dedi ki, bu, sizə yox, mənə lazım olacaq. Mənimlə "Segah" təsnifini, Babək üçün də "Səmayi-Şəms" muğamını çaldı. Bu, bizim üçün böyük qürur idi. Biz onun evinə gedib-gəlirdik. O, həmçinin bizə dəyərli məsləhətlər verirdi. Bu, bizim sənətimizə Habil Əliyev tərəfindən verilən yüksək qiymət idi".
Oxşar xəbərlər
15:13, Bu gün
"İnsanların hər gün dəyənəklə döyüldüyü ölkədə demokratiyanın inkişafından  necə danışmaq olar?”
15:10, Bu gün
Leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:06, Bu gün
Bu çayları acqarına için! – Xroniki xəstəlik riskini azaldırlar
15:02, Bu gün
“Deyirdim ki, mən qala-qala, sən onları niyə öpürsən?” - VİDEO
15:00, Bu gün
Biri ilə yazışarkən bu səhvləri etmək qadağandır
14:57, Bu gün
Azərbaycan və Rusiya parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək
14:54, Bu gün
Azərbaycan millisinin olimpiadada oyunlarının təqvimi bəlli oldu
14:50, Bu gün
Bakıdan son tələb: 34 min kv km-lik ərazi məsələsi masaya qoyuldu - Kritik gəlişmə
14:45, Bu gün
Azərbaycandakı sürət qatarıdırsa, Yaponiyadakı nədir?
14:45, Bu gün
ABŞ dövlət katibinin müavini İrəvandadır
14:42, Bu gün
Kreml Rusiyaya dost ölkələrin Ukrayna ilə bağlı sənədi dəstəkləməsinə münasibət bildirib
14:41, Bu gün
Bərdədə altı uşaq xəstəxanalıq oldu
14:34, Bu gün
Müharibə vaxtı yalnız bayraq tikən pakistanlı dərzi - Lahordan Astaraya uzanan ÖMÜR YOLU - FOTO
14:24, Bu gün
Hacıqabulda dəhşətli ölüm: Beton panelin altında qalaraq can verdi
14:18, Bu gün
Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazandı
14:13, Bu gün
Moskvanın gizli nüvə sığınacağından REPORTAJ - FOTO
14:06, Bu gün
Böyük müharibə olacaq: 3-4 ay sonra... - ŞOK PROQNOZ
14:00, Bu gün
Bill Qeyts Çinə görə nüvə enerjisinə milyardlarla dollar sərmayə qoymaq istəyir
13:57, Bu gün
Xoşqədəmdən qaynanasını itirmək istəyənlərə MƏSLƏHƏT - VİDEO
13:52, Bu gün
Zəngəzurla bağlı MÜHÜM XƏBƏR: Naxçıvana quru yolu BELƏ AÇILIR
13:45, Bu gün
Yol qəzasına düşən xarici turistlərin SON DURUMU açıqlandı
13:41, Bu gün
Azərbaycanda işləyəcək tanınmış məşqçiyə bu şəxs köməkçi oldu
13:35, Bu gün
Ermənistan niyə “Ukrayna sənədini” imzalamadı - səbəblər  
13:27, Bu gün
İtkin düşən 20 nəfər tapıldı
13:21, Bu gün
Ermənistan parlamentində Paşinyanın istefası müzakirəyə çıxarılacaq
13:18, Bu gün
Hindistanda iki qatarın toqquşması nəticəsində 15 nəfər ölüb - VİDEO
13:17, Bu gün
Netanyahu hərbi kabineti buraxdı
13:15, Bu gün
Yazıçı Oqoltsov Xankəndidəki yeddiaylıq həyatından danışıb - Erməni TV-si onu təhrik etsə də...
13:11, Bu gün
“Azərbaycanlılar bu sahələrdə “sosialist qulları” kimi işlədilirdi...”- Tariximizə fərqli baxış
13:10, Bu gün
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanıldı - DİN
13:06, Bu gün
Millimiz Türkiyədə hazırlıq keçəcək
13:05, Bu gün
Qəbələdən Bakıya helikopterlə təxliyə olundu – FOTOLAR
13:03, Bu gün
“Azərbaycan Ermənistanın havadarlarına son xəbərdarlığını etməlidir” – Qüdrət Həsənquliyev
13:01, Bu gün
Sabaha olan hava proqnozu - 39 dərəcə isti olacaq
12:58, Bu gün
Bala köpəkbalığı həvəskar balıqçının qarmağına ilişdi
12:55, Bu gün
İsmayıllıda avtomobil qəzası olub, üç nəfər yaralanıb
12:47, Bu gün
Alban azarkeş azərbaycanlı aparıcını stadionda ÖPDÜ - VİDEO
12:42, Bu gün
ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...
12:38, Bu gün
Avstraliyalı aborigenlər qonşularını qorxudan timsahın ətindən ziyafət təşkil ediblər
12:36, Bu gün
"Putin Ukraynada məğlub olacağı təqdirdə nüvə silahını tətbiq edə bilər"
12:29, Bu gün
Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib
12:25, Bu gün
Bakıda qəza metronun iki stansiyası istiqamətində sıxlığa səbəb oldu - FOTO
12:22, Bu gün
Moskvada azərbaycanlı iş adamlarına məxsus obyektə bomba qoyulması xəbəri yayılıb
12:20, Bu gün
“Nə olub, nəyin davasıdır?" - VİDEO
12:16, Bu gün
"Prius" beton arakəsməyə çırpıldı: 27 yaşlı gənc öldü, 4 yaralı - FOTO
12:08, Bu gün
İrəvanın növbəti məntiqsiz dirənişi: Primitiv və qeyri-peşəkar arqumentlər - TƏHLİL + FOTO
12:05, Bu gün
Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açılıb
12:01, Bu gün
Niyaməddin Musayev yayılan VİDEOdan danışdı
11:57, Bu gün
COP29-a qədər bu sənəd imzalana bilər: Bakı və İrəvandan son gediş... - Detallar açıqlandı
11:54, Bu gün
Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıldı
11:50, Bu gün
Azərbaycanın sirli tarixi: “Tanrı alov saçan gözlərini burada yaradıb”
11:45, Bu gün
Hitlerin ən çox güvəndiyi adam haqda ŞOK DETALLAR
11:40, Bu gün
Ölkədən gedən azərbaycanlı müğənni TANINMAZ HALA DÜŞDÜ - VİDEO
11:37, Bu gün
"Gələcəkdə insanlar telefonlardan istifadə etməyəcək" - İlon Mask
11:32, Bu gün
Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib
11:29, Bu gün
Firəngiz Əlizadə "Üzbəüz" layihəsinin qonağı olub - FOTO
11:28, Bu gün
“Mühasirədə qalmış Rusiya hərbçiləri ağ bayraq qaldıracaqlar...- Başqa yolları yoxdur...”
11:26, Bu gün
Ukrayna SQ: Krım körpüsünün partladılması ciddi nəticələr doğurmayacaq
11:25, Bu gün
Rusiyada 12 il axtarışda olan eks-məmur saxlanılıb
11:13, Bu gün
Bloger: Azərbaycan və Ermənistan arasında sülh sazişi COP29-dan əvvəl imzalana bilər
11:00, Bu gün
Neft ucuzlaşdı
10:52, Bu gün
Lerikdə 4 ton xaş-xaş kolu məhv edildi
10:49, Bu gün
Şokoladla arıqlamaq mümkündür? – Mənfi və müsbət tərəfləri
10:41, Bu gün
Ermənistanın müdafiə naziri Fransaya səfərə gedib
10:38, Bu gün
Koloradoda təyyarə qəzası - yaralananlar var
10:34, Bu gün
Niyaməddin Musayev polis tərəfindən saxlanıldı - VİDEO
10:26, Bu gün
Stoltenberq: "NATO nüvə silahlarını döyüş hazırlığı vəziyyətinə gətirilməsini müzakirə edir"
10:13, Bu gün
Müşfiqabad sakinlərinin bitməyən YOL PROBLEMİ: "Gəlib burada “Əzablı yollarla” adlı film çəksinlər..."
10:08, Bu gün
Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib
10:01, Bu gün
Bu qidalar çox tərləməyə səbəb olur
09:59, Bu gün
ABŞ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama...
09:55, Bu gün
Tolikdən SƏRT SÖZLƏR: “Dədən tikib oranı?”
09:49, Bu gün
Azərbaycanda tibb işçilərinin peşə bayramıdır
09:43, Bu gün
Nə qədər çağırsa da, Röya üzünə belə baxmadı: O müğənni kimdir? - VİDEO
09:41, Bu gün
Türkiyə klubundan inanılmaz təklif
09:40, Bu gün
Bu ölkədə 6 bal gücündə ZƏLZƏLƏ: torpaq sürüşməsi baş verdi
09:33, Bu gün
Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıblar
09:32, Bu gün
Rusiyada təyyarə qəzası - Pilot yoxa çıxdı
09:22, Bu gün
Xalq artistindən televiziyalara İRAD: “Dəfələrlə zəng edib demişəm ki, bu nədir göstərirsiniz?”
09:10, Bu gün
Üç bürcün həyatında tezliklə sevgi macəraları başlayacaq
08:47, Bu gün
Yeni "Qarfild"in gəlirləri xərclərini qat-qat üstələdi
08:40, Bu gün
Norveç Ukraynanın enerji infrastrukturunun bərpasına milyonlar ayıracaq
08:36, Bu gün
Ən əzabverici xəstəliklər hansılardır?
08:32, Bu gün
“Yeni Nostradamus”dan şok: Sabah dünya savaşı başlayır!
08:31, Bu gün
Bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO
08:30, Bu gün
Rusiyanın Lipetsk şəhərindəki traktor zavodu və nəhəng metallurgiya kombinatı vuruldu…
08:25, Bu gün
Bu cür Ermənistan nəyimizə lazımdır?
08:14, Bu gün
İyunda sevgi və romantika gözləyən 4 BÜRC: İNANILMAZ EŞQ...
08:12, Bu gün
KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 5 nəfər həlak olub
08:11, Bu gün
61 yaşlı müğənni 18 yaşlı tələbə qızla evlənir - FOTO
08:11, Bu gün
Bu gün 38 dərəcə isti olacaq - PROQNOZ
08:10, Bu gün
Türkiyədə Qurban bayramında 16 min nəfər xəsarət alıb
08:04, Bu gün
İŞİD üzvü Rusiyada həbsxananı ələ keçirdi - YENİ GÖRÜNTÜLƏR
08:03, Bu gün
Ukraynada 3 minə yaxın məhkum azadlığa buraxıldı - müharibədə iştirak etmək üçün
08:00, Bu gün
Ermənistan sərhəddə nə daşıyır? - Aşağı Əskipara kəndindən GÖRÜNTÜLƏR
08:00, Bu gün
Yemək yeyəndə uşağa telefonverməyin! - VALİDEYNLƏRİN ƏN BÖYÜK SƏHVİ 
07:41, Bu gün
Fariz Əliyevə vəzifə verildi - FOTO
07:17, Bu gün
37 mindən çox şəhid vermiş Qəzzada Qurban bayramını necə qeyd edildi?..-FOTOLAR+VİDEO
06:51, Bu gün
Braziliya millisinin əfsanəsi AVRO-2024-dəki favoritini AÇIQLADI
16 Jun 2024 | 23:54
Rus əsgərlərin həyat yoldaşları cəbhədə ərlərinin Medvedev və Peskovun övladları ilə əvəzlənməsini tələb edir
GÜNLÜK
16 Jun 2024 | 17:40
Paşinyan Qazaxın qaytarılmış kəndləri ilə sərhəddə çəkilmiş tikanlı hasarları göstərdi...+VİDEO
16 Jun 2024 | 21:07
"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko
16 Jun 2024 | 21:09
"Vüqar Biləcərinin sevgilisiyəm" deyən qadın görün kim imiş - VİDEO
16 Jun 2024 | 15:44
Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır - FOTO
16 Jun 2024 | 18:26
Zelenski Rusiyaya ŞƏRT QOYDU: "Sabah danışıqlar başlaya bilər, amma..."
16 Jun 2024 | 18:51
Dibçəklərə dəfnə yarpağı qoyun – Bir çoxlarının bilmədiyi sirr
16 Jun 2024 | 18:21
İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar  şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərib
16 Jun 2024 | 16:40
Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər - VİDEO
16 Jun 2024 | 15:27
Türkiyə tarixində ilk: Ərdoğan niyə G7-ə dəvət edildi? – Sürpriz Qarabağ mesajı
16 Jun 2024 | 16:17
Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ
HƏFTƏLİK
14 Jun 2024 | 12:32
“Müəllimlərin sertifikasiya imtahanındakı uğursuz nəticələrini kaş deməzdilər...” - 53 ilin müəllimi - FOTOLAR + ÖZƏL
13 Jun 2024 | 22:04
“Bakı ən az 15 faiz bizim ömrümüzü qısaldır” — Paytaxtın köçürülməsi təklif edilir
13 Jun 2024 | 12:01
Pensiya ilə bağlı mühüm xəbər: Məbləğ artır... - Yeni sistem belə olacaq
12 Jun 2024 | 15:48
Müharibə iştirakçılarının müavinəti artırılacaqmı?- Millət vəkili AÇIQLADI 
12 Jun 2024 | 09:10
Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı təqdim edildi- FOTOLAR 
12 Jun 2024 | 16:33
"Rusiyalıları ölkəmizdən qovmağın zamanı yetişib"
12 Jun 2024 | 14:18
Bakıda dəhşətli qətl: Oğul evdə dözülməz əxlaqsızlıq etdi, atası... – ŞOK TƏFƏRRÜAT
12 Jun 2024 | 14:35
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - 15 iyundan...
01 Jan 1970 | 04:00
12 Jun 2024 | 17:12
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ - Növbəti iki gündə...
AYLIQ
16 Jun 2024 | 17:40
Paşinyan Qazaxın qaytarılmış kəndləri ilə sərhəddə çəkilmiş tikanlı hasarları göstərdi...+VİDEO
16 Jun 2024 | 21:07
"Mən antisemit deyiləm, amma korrupsiya siyahısının yarısı yəhudilərdir" - Lukaşenko
16 Jun 2024 | 21:09
"Vüqar Biləcərinin sevgilisiyəm" deyən qadın görün kim imiş - VİDEO
16 Jun 2024 | 15:44
Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır - FOTO
16 Jun 2024 | 18:26
Zelenski Rusiyaya ŞƏRT QOYDU: "Sabah danışıqlar başlaya bilər, amma..."
16 Jun 2024 | 18:51
Dibçəklərə dəfnə yarpağı qoyun – Bir çoxlarının bilmədiyi sirr
16 Jun 2024 | 18:21
İş adamı Səfər Əlirzayev Qurban bayramı ilə əlaqədar  şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı göndərib
16 Jun 2024 | 16:40
Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər - VİDEO
16 Jun 2024 | 15:27
Türkiyə tarixində ilk: Ərdoğan niyə G7-ə dəvət edildi? – Sürpriz Qarabağ mesajı
16 Jun 2024 | 16:17
Qurban Qurbanovla Fernandu Santuşun FƏRQİ