8358
26 May 2024 | 15:22

"Hazırlaşın" əmri verildi - Hədəf birbaşa Rusiya ərazisi olacaq

Ukraynaya veriləcək F-16 qırıcıları cəbhədə vəziyyəti kökündən dəyişə bilər.
 
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-leytenantı Devid Deptula deyib.
 
General hesab edir ki, durumun bu yerə gəlib çıxmaması üçün F-16-lar hələ iki il əvvəl verilməli idi, amma indi bu barədə danışmağın mənası yoxdur.
 
Onun sözlərinə görə, hələ də gec deyil, bu təyyarələrin sayı nə qədər çox olarsa, Ukrayna ordusu bir o qədər güclü olacaq.
 
"Ukrayna bu təyyarələri indi aldığı sayda istifadə etməyə hazırlaşmalıdır. F-16-lar Ukrayna Hərbi Hava Qüvvələrinin potensialını artıracaq. Bununla belə, say önəmlidir. F-16-lar nə qədər çox və daha təkmil versiyalar olsa, bunlar Ukrayna Silahlı Qüvvələrinin daha da güclənməsinə səbəb olacaq", - Deptula bildirib.
 
ABŞ generalı həmçinin qeyd edib ki, Ukrayna cəbhədə onlardan səmərəli istifadə etmək üçün mümkün qədər çox dron istehsal etməlidir:
 
"Müharibədə PUA-lardan istifadəni təkmilləşdirmək üçün Ukrayna mümkün qədər çox PUA istehsal etməlidir. Bu, cəbhə və Rusiya ərazisindəki əsas hədəfləri vurmağa imkan verəcək. Rusların Ukraynada öz qüvvələrini yerləşdirmək imkanlarını azaltmaq üçün Rusiyanın toxunulmaz məqsədləri olmamalıdır”.
Link kopyalandı!
Son xəbərlər