Ekskluziv
2936
25 May 2024 | 17:30

"İsveçrədə Ukrayna sammiti zamanı Rusiya alternativ görüş təşkil edəcək" - "Politico"

 
"Rusiya İsveçrə sammiti ilə təxminən eyni vaxtda BRIKS üzrə öz "dostlarını" bir araya gətirəcək..."
 
"Çin öz baş diplomatını qlobal sülh sammitinin əvəzinə təcavüzkarla görüşə göndərmək qərarına gəlib..."
 
Rusiya İcveçrədə Ukrayna üçün sülh sammitinin keçiriləcəyi zaman BRIKS ölkələrinin görüşünü keçirməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının adları açıqlanmayan iki yüksək vəzifəli diplomatı "Politico" nəşrinin jurnalistlərinə danışıb.
 
"Moskvadakı görüş xarici işlər nazirləri səviyyəsində baş tutacaq, bu, öz təsdiqini taparsa, o demək olacaq ki, Çin öz ali nümayəndəsi Van İni İsveçrə görüşünə göndərməyəcək", - nəşr diplomatlara istinadən yazıb.
 
Nəşrin məlumatına görə, bundan öncə Pekin Avropa diplomatlarına artıq xəbərdarlıq edib ki, Rusiya dəvət edilməsə, yüksək vəzifəli nümayəndələrini İsveçrə sammitinə göndərməyəcək.
 
Qeyd etmək lazımdır ki, Rusiya və Çindən başqa, BRIKS təşkilatına həmçinin Braziliya, Hindistan, Cənubi Afrika, Səidiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya daxildir.
 
İsveçrədə Ukrayna üçün sülh sammiti
 
İsveçrədə iyunun ortalarında Ukrayna üçün sülh sammitinin keçirilməsi planlaşdırılır.
 
Sammitdə 80-100 ölkənin iştirak edəcəyi gözlənilir, 160 nümayəndə heyətinə dəvətlər göndərilib.
 
İlkin məlumata görə, sammit 16-17 iyunda baş tuta bilər. Rusiya sammitə dəvət edilməyib.
 
Vladimir Zelenskinin sözlərinə görə, sammitdə ədalətli sülh nöqteyi-nəzərdən müharibənin başa çatmasının detallı "xəritəsi" işlənib hazırlanacaq.
 
İlk sammitdə Rusiyanı ədalətli sülhə doğru hərəkəti üçün necə vadar etməklə bağlı qərar veriləcək.
Link kopyalandı!
Son xəbərlər