"Serjant Fəhmin bir ilə polkovnik, podpolkovnik Nəcməddin Sadıkov isə general oldu...”  
Oxunub: 7480
23 Nov 2021 | 22:08
“Şahin Musayev də Nəcməddin Sadıkov kimi xalqımıza qarşı normal yanaşmırdı... Hey deyirdi ki, siz döyüşən millət deyilsiz...”
 
"Fəhmin Hacıyev böyük inamla mənə dedi ki, podpolkovnik, qulaq as, mən sənə nəinki çatacam, səni ötəcəm də..." 
 
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər,  birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib... 
 
-Mehman müəllim, müstəqilliyi bərpa edilmiş  Azərbaycanın ilk müdafiə naziri rəhmətlik general Valeh Bərşadlı necə oldu ki, qısa müddətdə vəzifəsindən  azad edildi?
 
-Rəhmətlik Valeh Bərşadlı peşəkar hərbçi idi. Rusiyada yetişmişdi. Doğrusu, onun hansı səbəbdən çıxarılması yaxşı yadımda deyil. O vaxt mən hələ Bakıdakı sovet diviziyasında işləyirdim. Amma o yadımdadır ki, həmin vaxt müxalifətçilər onun guya Rusiyanın adamı olması üçün vəzifədən kənarlaşdırılmasıyla bağlı etiraz aksiyaları keçirirdi...
 
-Sizcə, general Valeh Bərşadlı doğrudan da Rusiyanın adamı idi?
 
-Onu mən dəqiq deyə bilmərəm. Amma Bərşadlı, dediyim kimi, sovet-rus ordusunun yetirməsi idi... Onu da əlavə edim ki, Rusiyada, sovet ordusunda xidmət etmək hələ Rusiyanın adamı olmaq deyil... “QRU” hər zabitə nüfuz edə bilmirdi... “QRU”-nun kimləri, necə ələ alması haqda sonra ətraflı danışarıq...  
Qayıdaq söhbətimizə... O da yadımdadır ki,  1992-ci ilin yayında, yəni Xalq Cəbhəsinin hakimiyyəti dövründə Baş Qərargah rəisi olanda hansısa əməliyyatın uğursuzluğuna görə onu işdən azad etdilər və bundan sonra Bərşadlı yenidən əvvəlki iş yerinə Naxçıvanski adına hərbi məktəbin rəisi vəzifəsinə qaytarıldı...
 
- Artıq 1990-cı illərin sonunda  sabiq Daxili İşlər naziri Ramil Usubovla Moskvadakı görüşündə  "QRU" agenti olduğunu etiraf etmiş  Şahin Musayevin baş qərargah rəisi vəzifəsinə gətirilməsini necə xatırlayırsız?
 
-Səhv etmirəmsə, 1992-ci ilin yanvarında onu polkovnik rütbəsində Baş Qərargah rəisi təyin etdilər, az müddət keçməmiş isə general-mayor rütbəsi verdilər. O zaman mən müdafiə nazirinin köməkçisi - şəxsi heyətlə iş üzrə idarənin rəisi vəzifəsində xidmət edirdim. Sonradan bizə məlum oldu ki, Şahin Musayev Azərbaycana gələndə əslində onun əsl rütbəsi polkovnik-leytenant (o vaxtkı podpolkovnik) olub, polkovnik paqonlarını o, yalandan taxıb. Və Musayev guya bundan əvvəl Əfqanıstandakı xidmətdən sonra psixi xəstəliyinə görə sovet ordusundan kənarlaşdırılıb... 
 
-Şahin Musayevlə münasibətiniz necə idi?
 
-Belə baxanda normal idi... Yadımdadır ki, tapşırıqlar verirdi, biz də lazımınca yerinə yetirirdik. Sadəcə, Nəcməddin Sadıkov kimi o da Azərbaycan dilində qətiyyən bilmirdi. Nəcməddin, heç olmasa, azərbaycanca söyüşü başa düşürdü, Şahin Musayev heç onu da anlamırdı... Bir az da əsəbi idi... Amma o söyüşcül deyildi... Bununla belə, o da Nəcməddin kimi xalqımıza qarşı normal yanaşmırdı... Hey deyirdi ki, siz döyüşən millət deyilsiz... 
-Xocalının işğalı vaxtı Azərbaycan Müdafiə Nazirliyində nələr baş verirdi?
 
-Xocalı faciəsi zamanı Müdafiə Nazirliyi şok vəziyyətində idi. Vahid bir idarəçilik sistemi, demək olar ki, yox idi. Köməyə göndərmək üçün qoşun tapılmırdı. Əslində o vaxt həmin qurumun adı Müdafiə Nazirliyi idi. Sadəcə, yerlərdə hər rayonun bir taboru var idi və onların heç biri nazirlikdən bir başa idarə olunmurdu. Yalnız silah-sursat lazım olanda nümayəndələri zəng edərək gəlib onları aparırdı. Vəssəlam, başqa heç bir  iş görülmürdü... Nazir işini də az-çox Şahin Musayev aparırdı... Bir də əməliyyat idarəsini rəisi işləyən Rüfət Əmirovun işi bir az gözə dəyirdi... Mən hələ Bakıdakı sovet diviziyasında işləyəndə o da orada əməliyyat bölməsinin baş zabiti idi. Mən nazirliyə gələndə onu da gətirdim. Sonradan Nəcməddin Sadıkovu da o gətirib bizə təqdim elədi. Həmyerli idilər... O zaman Nəcməddin hələ podpolkovnik idi...
 
 
-Yadınızda Xocalı soyqırımı ərəfəsində Şahin Musayev faktiki nazir işini aparanda Fəhmin Hacıyev də Prezidentin Qarabağ üzrə müvəkkili kimi Ağdama göndərilmişdi. Bu barədə nəsə yadınızda qalmayıb ki?  
 
-Xeyr. Fəhmin Hacıyevin Ağdama müvəkkil kimi yollanmasını xatırlamıram. Amma o, Xocalının müdafiəsi üçün heç bir iş görə də bilməzdi. Çünki onun heç bir hərbi savadı yox idi. Sadəcə,  rəhbərliyə nəsə məlumatlar çatdıra bilərdi... Amma Fəhminin birdən-birə adi sovet serjantından gəlib polkovnik olmasının tarixçəsini yaxşı bilirəm... 1991-ci ilin payızında Mütəllibovun qərarıyla Müdafiə Komitəsi yaradılmışdı. Etibar Məmmmədov, Rəhim Qazıyevlə yanaşı, Fəhmin Hacıyev də həmin komitənin üzvü idi. O zaman onlar hər üçü  SSRİ DTK-nın Moskvadakı Lefortovo  təcrudxanasından yenicə çıxmışdılar.  Mən isə hələ Bakıdakı sovet diviziyasında işləyirdim. Bir gün Fəhmin Hacıyev AXC fəallarından bir  nəfərlə birgə diviziyaya gəldilər və diviziyanın həyətində kiminləsə hədə-qorxu ilə danışmağa başladılar. Komandir məni çağırdı ki, gəl, soydaşlarının nə istədiyini aydınlaşdır. Onları otağıma dəvət etdim. Söhbət zamanı Fəhmin başladı yüksək tonla danışmağa ki, siz işğalçısınız-filansınız. Ona dedim ki, bir dəqiqə dayan, sən üumiyyətlə, hərbi xidmətdə olmusan, rütbən nədir. Dedi,  bəli, olmuşam, özüm də serjantam. Dedim, o halda səndən xahiş edirəm ki, heç olmasa, danışanda səndən rütbəcə dəfələrlə böyük hərbçiyə hörmətlə yanaş... Sənin qarşında podpolkovnik dayanıb. Cavabında böyük inamla dedi ki, podpolkovnik, qulaq as, mən sənə nəinki çatacam, səni ötəcəm də... Və paradoks ondadır ki, Fəhmin Hacıyev doğrudan da hansı yolla olsa da, dediyinə əməl etdi... Bir neçə ay ötdü, bir də məlum oldu ki, səhv etmirəmsə,  Şahin Musayev nazir olarkən ona leytenant rütbəsi verilib və  nazirliyin əməliyyat idarəsində zabit kimi çalışmağa başlayıb. Az sonra isə kapitan oldu...
 
-Bəs  necə oldu ki, Fəhmin Hacıyev bir neçə ayda serjant, yəni indiki çavuş rütbəsindən birbaşa leytenant, sonra da kapitan rütbələrinə layiq görüldü? Hansı məktəbi, hansı kursu keçdi o?
 
-Mənim bu haqda məlumatım yoxdur. Yaxşı olar ki, bunu o vaxtkı Müdafiə nazirlərindən, o cümlədən Rəhim Qazıyevdən soruşasınız... Xülasə, sonra həmin Fəhmin Rəhim Qazıyevin göstərişi ilə reyd dəstələrinin yaradılmasında da iştirak edirdi. Və 1992-ci ilin mayında Ayaz Mütəllibovu ikinci dəfə devirmək üçün o da öz silahlı qüvvələri ilə “BTR”-lərlə Ali Sovetin qarşısına gəlmişdi... AXC hakimiyyətə gəldi, ona mayor rütbəsi verildi... Və cəmi bir neçə gün sonra  Fəhmin Hacıyev birbaşa podpolkovnik rütbəsi verilməklə Ali Sovetin sədri İsa Qəmbərin sərəncamına əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı vəzifəsinə təyin edilidi və 1993-cü ilin iyununadək həmin vəzifəni apardı...
 
1992-ci ilin dekabrında Gəncə yaxınlığında Seyfəli poliqonunda 18 tabordan ibarət qruplaşmanı hazırlayan zaman baş vermiş müəmmalı hadisələrdən sonra Rəhim Qazıyev artıq  məni nazirliyə buraxmadı. Məni  rəhmətlik Elçibəy Prezident Aparatında hərbi quruculuq işləri üzrə şöbənin rəis müavini təyin etdi. Bir gün təsadüfən dəhlizdə Fəhmin Hacıyevlə rastlaşdıq və o, məni görən kimi dedi, gördün, podpolkovnik, kişi sözünün üstündə durar, sən hələ də podpolkovniksən, mənsə artıq polkovnikəm və komandanam... Zaman keçdi, artıq Surət Hüseynov Elçibəy hakimiyyətinə qarşı qiyam qaldırandan sonra Fəhmin Hacıyev də Gəncəyə göndərildi və orada digərləri ilə bərabər qiyamçılar tərəfindən həbs olundu və prezident Elçibəy onu vəzifəsindən azad etdi. Həmin vaxt  AXC hakimiyyəti, şəxsən Elçibəy yaranmış vəziyyətdən çıxmaq üçün məni peşəkar hərbçi kimi Daxili Qoşunlar komandanı təyin etmək qərarına gəlmişdi. Ancaq o, Kələkiyə gedəndən sonra bu alınmadı... Bir sözlə, o dövrdə Fəhmin Hacıyev bir ilə serjantdan polkovnik, Nəcməddin isə podpolkovnikdən general-mayor ola bildi... 
 
-Rəhim Qazıyevin müdafiə naziri  gəldiyi ilk günləri necə xatırlayırsız? 
 
-Təəssüf ki, ilk günləri dəqiq xatırlamıram. Amma o yadımdadır ki, Rəhim Qazıyev müşavirələrdə ancaq hamımızı yığıb kəskin tənqid və təhqir edirdi, deyirdi siz hamınız Rusiyanın adamısınız, satqınsınız, işləmirsiniz, nazirliyə boş-boşuna gəlib-gedirsiz. Bir sözlə, təhqirdən, tabeliyindəkiləri alçaltmadan başqa bir işi yox idi. Və səhv etmirəmsə, 1992-ci ilin sentyabr ayında bir gün gecə saat 1-2 radələrində qəflətən hamımızı nazirliyə müşavirəyə topladı. Hamımız yuxudan yarımçıq oyanıb gəlib toplaşdıq iclas otağına. Rəhim Qazıyev içəri girən kimi yenə başladı eyni təhqirləri, danlaqları  təkrarlamağa... Mən onda yenə də nazirin köməkçisi- şəxsi heyətlə iş üzrə idarə rəisi işləyirdim.  İcazə alıb dedim ki, cənab nazir, mən anlamadım, siz bunun üçün gündüz iş zamanı da bizi toplayıb danlaya bilərdiniz? Bundan ötrü gecə yarı bizi buraya toplamağın mənası nədir? Siz bununla özünüz iş rejimini pozmursunuzmu? Axı sabah biz işləməliyik? Bunu eşidən kimi Qazıyev dərhal dedi ki, yaxşı yol, səni işdən azad edirəm... Və sonra məni göndərdi sovet ordusunda işlədiyim vəzifədən 3 pillə aşağl bir vəzifəyə- Ağdamdakı Elxan Orucovun komandiri olduğu 708-ci briqadaya tərbiyə işləri üzrə müavin göndərdi... Amma mənimlə Rəhim Qazıyev arasındakı ziddiyyətlər, bilirsiz, nə vaxtdan başlamışdı?
 
-Nə vaxtdan?..
 
(Davamı var)
 
Qeyd: Müsahibədə adları çəkilən şəxslərin də açıqlamalarını dinləməyə və yer verməyə hazırıq.
 
Sultan Laçın
 
 
 
Oxşar xəbərlər
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
GÜNLÜK
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 15:43
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
29 Apr 2024 | 15:46
Anar Məmmədli saxlanıldı
29 Apr 2024 | 16:07
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
29 Apr 2024 | 15:58
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 15:49
"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO
29 Apr 2024 | 15:54
Salam Sarvanın son vəziyyəti açıqlandı
29 Apr 2024 | 15:43
İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu
29 Apr 2024 | 15:46
Anar Məmmədli saxlanıldı
29 Apr 2024 | 16:07
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı, bəzi məhsulların satışı dayandırıldı - FOTO
29 Apr 2024 | 15:58
Azad edilmiş ərazilərdə 159 mina aşkarlandı