“İvan, rədd ol Azərbaycandan!” deməklə Rusiya Qarabağdan çıxmayacaq, əksinə...”
Müsahibə
Oxunub: 3684
03 May 2021 | 19:04
“İvan, rədd ol Azərbaycandan!” deməklə Rusiya Qarabağdan çıxmayacaq, əksinə...”

“Ermənilər əllərindən gələni edirlər ki,  Azərbaycanda anti-rus əhval-ruhiyyəsi yaratsınlar və 1992-ci ili təkrar edə bilsinlər...”

Ölkəmizdə çoxlarının razılaşmadığı fikirləri ilə  seçilən və bəzən də ciddi qalmaqallara səbəb olan tanınmış siyasi analitik Tahir Cəfərli  Moderator.az redaksiyasına təqdim etdiyi bir məqaləsində də ordumuzun 44 günlük müzəffər savaşından sonra Azərbaycanda və ayrıca Qarabağ torpaqlarımızda baş verən olaylarla bağlı  ziddiyyətli mülahizələrə yer verib. Müəllifin  “dövlətimizin strateji maraqları baxımından” dərc olunmasını təkidlə tələb etdiyi həmin materialdan çıxan suallar ətrafında diskusiya təşkil edib onu oxucuların müzakirəsinə çıxarmağı qərara aldıq.

(Əvvəli burada: //moderator.az/musahibe/375629/razilasaq-ki-rusiya-azerbaycana-qarsi-getseydi-qarabada-veziyyetimiz-xosagelen-olmazdi/)

 

-2020-ci il noyabrın 9-da axşam Naxçıvandan vurulmuş Rusiya vertolyotunun  məhz elə rəsmi Bakıya təzyiq göstərmək məqsədilə Moskvanın agentləri tərəfindən vurulmasına heç kəs zəmanət verə bilməz. Həmin gecə Bakıya atılan, yaxşı ki, ordumuz tərəfindən zərərsizləşdirilən raket də həmin təzyiqin bir parçası ola bilərdi. Amma belə hallar baş versə də, onları sübut etmək üçün əlimizdə əsas yoxdur. Və bunlar artıq keçmişdə qaldı. Lakin Rusiya hərbi kontingentinin Laçın dəhlizi və Qarabağ torpaqlarımızdakı davranışları, dediyimiz kimi faktdır, özü də xalqda böyük narazılıq doğuran faktlardır. Onlardan danışmaq gərəkdir. Rusiya hərbi kontingentinin dediyimiz davranışlarına necə haqq qazandırmaq olar?

 

-Bilirsiniz, sülhməramlılar Qarabağda nəyin bahasına olursa olsun, sabitliyi təmin etməlidirlər. Bu məsələnin zahiri tərəfidir. Rus sülhməramlıları əllərindən gələni etməlidirlər ki, orada mövcud olan silahlı erməni dəstələrini tərksilah etsinlər. Fərqi nədir necə? İşin getməsi xatirinə eşşəyə “dayday” deyə də bilərlər. Əsas odur ki, Qarabağda silahlı qarşıdurma olmasın. Çünki yenidən müharibə başlasa, NATO  qoşunlarının Ermənistana girəcəkləri labüddür. Rusların və iranlıların qorxduqları da elə budur. Oradakı proseslərə bu mövqedən yanaşmaq lazımdır. Ermənilər tərksilah olunduqdan sonra, Azərbaycan qanunlarının Xankəndi və  başqa rayonlarda işləməsini təmin etməlidirlər. Məktəb və başqa yerləri təmir etmələri də Azərbaycanın xeyrinədir. Xankəndində Azərbaycan qanunları işləyən kimi, bu məktəblər və başqa obyektlər Azərbaycana tabe olacaqlar. Yadınıza H.Z.Tağıyevi salın. Ona deyirlər ki, ermənilər Bakıda mülk və malikanə  tikirlər. Müdrik insanın cavabı belə olur: “Bizə qalacaq!..”

 

9 may paradı ilə bağlı hazırlığa gəldikdə, bunu Rusiya sülhməramlıları öz qanunlarına əməl edirlər. Ruslar bunu ermənilər üçün deyil, öz bayramlarını edirlər Yadınızdan çıxmasın, bu bayram bizim də Qələbə bayramımızdır. Atalarımızın, babalarımızın Qələbə günüdür. Bunu birtərəfli şişirdənlər, əlbəttə ki, siyasi oyunbazlıq edirlər.

 

Bilirsiz, məsələnin mahiyyəti nədən ibarətdir? Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları torpaqların itirilməsi ilə razılaşmır və bilirlər ki, nə qədər Azərbaycan-Rusiya siyasi birliyi var, onların əlində bu cür imkan olmayacaq. Əllərindən gələni edirlər ki,  Azərbaycanda anti-rus əhval-ruhiyyəsi yaratsınlar və 1992-ci ili təkrar edə bilsinlər.

 

-Yəni, hesab edirsiz ki, 1992-1993-cü ildə Xocalı soyqırımı, Şuşanın, Laçının, Kəlbəcərin və s. işğalı məhz Azərbaycanda Rusiyaya qarşı aparılmış ciddi təbliğatın və keçirilən aksiyaların nəticəsidir?

 

-Bəli. Gəlin keçmişimizi yada salaq ki, bu dəfə ancaq Prezidentimizlə olaq, siyasi səhvlərə yol verməyək...

17 mart 1991-ci il. Azərbaycan referendumda SSRİ-nin tərkibində qalmağa səs verdi. Ermənilər isə “yox!” dedilər. Aprelin əvvəllərində ermənilər İrəvandakı Zvartnos təyyarə limanını tutdular və ora enmək istəyən Rusiya təyyarələrinin qarşısını almaq istədilər. Rus bazalarından gələn əsgərlər Zvartnosu və onun yolunu tutan erməniləri darmadağın etdilər. Baxmayaraq ki, burada çoxlu ölüm-itim oldu, indiyə qədər ermənilər Zvartnos hadisələri haqda danışmırlar.

Zvarstnostan sonra  M.Qorbaçov Çaykənd, keçmiş Kamo və s. kəndlərdə toplanmış erməni silahlı dəstələrini tərksilah etməyi Azərbaycan iqtidarına həvalə etdi. Çaykənd və ətrafı  boşaldıldı. Bundan sonra Azərbaycan ərazisində olan bütün erməni kəndləri özləri könülü şəkildə Ermənistana köçdülər.

Və bu dəfə ermənilər AXC deyilən müxalifəti işə saldılar. Leyla Yunusova, İsa Qəmbərov, Pənah Hüseynov və başqaları dünyaya haray saldılar: “Ay aman Azərbaycan Prezidenti  erməniləri deportasiya edir. Onların bu əməli  arxadan vurulan xəncəri xatırladırdı və faktiki olaraq milli xəyanət idi. 1918-ci ildə Nuru Paşanın ala bilmədiyi erməni kəndlərini boşaldan prezidenti bu milli xəyanətkarlar dünya ictimaiyyəti qarşısında xristianların düşməni səviyyəsinə endirdilər.

Ən maraqlısı o idi ki, sovet “KQB”nin yaratdığı AXC  elə Moskvaya qarşı gedirdi. Bu heç bir məntiqə uyğun gəlmirdi.  Xalqda belə təsəvvür yaranırdı ki, bu fərdlər ruslara qarşı vuruşurlar. Onlar bunu bilərəkdən edirdilər ki, Moskvaya bağlılıqları bilinməsin.

Ən dəhşətlisi o idi ki, mitinqlərində qışqırırdılar: “Rus, fars, erməni Türkiyənin düşməni!”

Aydındır ki, bunun nəticəsində Rusiya və İran Azərbaycanın düşməninə çevrilir və ondan uzaqlaşırdılar. Türkiyə isə onda indiki kimi Türkiyə deyildi...

Qarabağın taleyi  rusların əliylə Azərbaycanın xeyrinə həll olunacağı halda bunlar erməni ağalarının əliylə, Azərbaycanı Rusiyaya düşmən etdilər. Nəticədə Xocalı qırğını,  satqınlıqlar və xəyanətlər...   18 aprel 1992-ci ildə AXC liderlərinin Mahaçqalada Yeltsinin  ermənipərəst müşaviri Burbulislə  gizli  görüşləri və Qarabağın ermənilər üçün boşaldılması ilə qurtardı. Bütün bunlar Burbulisin memuarlarında açıq şəkildə yazılıb...

Tankların döyüş bölgələrindən çıxarılıb, Bakıya gətirilməsi, 15 may dövlət çevrilişi, Laçın və Şuşanın ermənilərə döyüşsüz verilməsi...Kəlbəcərin boşaldılması... Sonra BMT-nin 4 Qətnaməsinə əməl etməmək üçün bu məsələnin həllini ATƏT-in Minsk qrupunun üstünə atmaları...Gəncəni bombalamaq əmrinin verilməsi.... Milli Qəhrəman M.Ələkbərovun  vəhşicəsinə öldürülməsi və s. Bunlardan böyük milli xəyanət ola bilərdimi? İndiyə qədər bunu etmiş fərdlərin birinin də burnu qanamayıb, hərəkətlərinə siyasi qiymət verilməyib. Bakıda restoranları, univermaqları, marketləri, bahalı maşınları... Müxalifət olub ortaya düşüblər ki, demokratiya belə gəldi, söz azadlığı belə gəldi. Bundan xalqa nə?

İndiyə qədər itirdiklərimizin səbəblərini araşdırsaq görərik ki, bütün bunlar Rusiyanı Azərbaycana düşmən etmək oyunlarının nəticəsi olub...

Bakıda Rusiya səfirliyi qarşısında “İvan, von iz Azərbaycana”- qışqıranlar yadıma  6 mart 1992-ci ili saldılar. Onda bir qrup arvad darbalaqlarını çıxarıb, arxalarını  Ali Sovetin, indiki  Milli  Məclisin pəncərəsinə söykəyib, “İstefa!” qışqırırdılar. İnanmaq istəməzdik ki, bunlar Azərbaycan qadınları idi, çünki Azərbaycan qadınına  xas olmayan abırsızlıqlar nümayiş etdirirdilər. Bu abırsızlığa dözməyən Prezident istefa verdi. Əlbəttə ki, ətrafının satqınlığı nəticəsində...

 

İndi yenə də  bəzi fərdlərin Rusiya  səfirliyi qarşısında qışqırıqları  Prezident İlham Əliyevi Prezident Vladimir Putinə  düşmən etmək məqsədi güdür və nəticəsi yenə də acınacaqlı ola bilər. Ruslar Qarabağda sülhü pozsalar, daha Azərbaycan əsgəri o cür döyüşməyəcək, çünki müharibədən sonra məmur özbaşınalıqları nəticəsində Azərbaycan ordusunda xidmət etmiş qəhrəman əsgərlərimizin də dövlətə olan inamı azğınlaşmış məmurlar tərəfindən öldürülməkdədir. Bunu edənlər, əlbəttə ki, ermənilərin adamlarıdır. Qalib Prezidenti pis vəziyyətdə qoymağa çalışırlar...

 

-Düzdü,  sizin xəyanətdə suçladığınız  AXC hakimiyyəti  Şuşa və Laçının işğalından sonra hakimiyyətə gəldi. Amma elə həmin iqtidar həmin 1992-ci ilin iyunundan oktyabrın əvvəlinədək Qarabağda xeyli uğurlu əməliyyatlar keçirdilər. Ağdərənin özünü, kəndlərini düz Xankəndinin 5-10 km-dək, bu tərəfədn də Laçının Kəlbəcər və Qubadlı istiqamətindən 50-dən çox kəndini azad edərək  rayon mərkəzinə, yəni “dəhliz” deyilən əraziyə yaxınlaşdılar və dediklərinə görə onlara qarşı edilmiş xəyanət nəticəsində geri çəkildilər. Bunlara nə deyirsiz?

 

-Bütün bunları 12 oktyabr 1992-ci il  Rusiya-Azərbaycan arasında bağlanılmış Dostluq və əməkdaşlıq haqda Sazişin ört-basdır edilməsi üçün edirdilər. Öz ağaları ruslarla razılaşdırılmış əməliyyatları idi. Bəs sonra niyə geriyə çəkildilər?..

 

-Rusiyaya qarşı etirazları təşkil edən cəbhəçilər, “bozqurd”lar hesab edirlər ki, Azərbaycan Rusiyanın təsirindən çıxıb, Amerika və Avropanın təsiri altına düşsə, ölkədə əsl mənada demokratiya olacaq, korrupsiyaya, məmur özbaşınalığına son qoyulacaq. Məgər onlar haqlı deyillər?

 

-Xeyr, Onlar haqsızdırlar. Yadlarına Ukraynanı salsınlar. Nə gündədir? Avropanın bir ölkəsi onları qəbul etmir. Kim deyir ki, Azərbaycan Rusiyanın təsir dairəsindədir, yanılır.

Azərbaycan Prezidentinin apardığı siyasət balanslaşmış siyasətdir. Bu o deməkdir ki, biz nə Rusiyanın və  nə də başqa bir ölkənin təsiri altındayıq. Sadəcə, bir  fakt. Azərbaycan Rusiyanın ortaya atdığı nə KTMT,  nə də Avrasiya İttifaqına üzv deyil.

Bir  müsəlman ölkəsi göstərin ki, ABŞ-ın təsirinə düşüb və demokratiya orada bərpa olunub? Ölkənin demokratik olması üçün onun  iqtisadi dəyərlərini müdafiə edən bir neçə partiyası olmalıdır və bu partiyalar öz iqtisadi maraqlarını qorumalıdırlar. Azərbaycanda istədiyin qədər partiya var, ancaq onlardan biri də bir  böyük iqtisadi qurumun marağını qorumur. Ancaq başqa ölkələrin maraqlarını demokratiya oyunu vasitəsi ilə  Azərbaycanda həyata  keçirirlər. Qərbin  Azərbaycandakı demokratiya oyunbazlığının məqsədi ölkəmizi tamlığı ilə Qərbin satellitinə çevirməkdən başqa bir şey deyil...

Azərbaycanda bütün ölkələrdə olduğu kimi, korrupsiya, məmur özbaşınalıqları vardır və buna son qoymağın bir yolu var: başqa dövlətlərin təsir dairəsinə düşmədən həqiqi siyasi mübarizə aparmaq. Gəlin razılaşaq ki, insanlarımız öz  hüquqlarını müdafiə edə bilmirlər. Çox vaxt onlardan elə həmin azğınlaşmış məmurlar istifadə edib Prezidentə təzyiq göstərirlər. Qanunsuz olaraq küçələrə çıxan  kütləni döyüb, dağıdırlar və öz “sədaqətlərini” Prezidentə göstərirlər. Azərbaycanda demokratiyanın olması üçün iqtidarda yer almış klançılıqdan yaxa qurtarmalıyıq. Görün müxalifət bunu ortaya çıxarır? Səbəb odur ki onlar elə  bu və ya digər klanlardandır. Ölkədə rəhbərliyi gerçək Azərbaycanlılardan ibarət partiya yoxdur...

“Boz qurdlar” başqa ölkələrdə Türkiyənin düşmənləri ilə  mübarizə edirlər və əslində ermənilərin terrorçu təşkilatlarını dağıdırlar. Ən əsası onlar Türkiyə Respublikasının siyasi maraqlarından çıxış edirlər. Türkiyənin isə indiki dövrdə siyasi marağı Qərbin ona qarşı yönəldilmiş aqressiv siyasətinin qabağına almaqdır. Bunun üçün Türkiyə daha da güclənməlidir. Bu ölkənin pandemiya şəraitində güclənməsi üçün yeni iqtisadi layihələr lazımdır. Bunu da Azərbaycan Prezidenti ortaya atıb. Bu Türkiyə-Azərbaycan-Rusiya tranzitidir. İki qüdrətli ölkənin yaxınlaşması və Ermənistanın heç olması deməkdir.

Ruslar bu saat  Zəngəzur  dəhlizini təmizləyir. Azərbaycanın 1988-ci ildəki  xəritəsini bərpa edir. Bütün bunlar elə Türkiyənin siyasi maraqlarındadır, çünki Türkiyə-Azərbaycan-Rusiya tranziti işləsə, Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişər. Azərbaycan Qafqazın ən aparıcı dövlətinə çevrilər.

Antirus çıxışlarının isə indiki dövrdə Azərbaycan üçün heç bir müsbət nəticəsi ola bilməz. Bu, Ermənistan üçün faydalı ola bilər. “Rus, fars, erməni –türklərin düşməni!” –şüarını ortaya atanlar Rusiya və İranı  Azərbaycana düşmən edirlər. Aydındır ki, Ermənistan xüsusi orqanlarının ortaya atdığı oyundur və bunu  həyata keçirənlər elə həmin təşkilatın Azərbaycandakı oyunbazlarıdır...

İndiki dövrdə, Vətən müharibəsində böyük qələbədən sonra realist olmaq lazımdır. ABŞ-da hakimiyyətə gələn Baydenin arxasında ermənilər durublar, Demokrat partiyası elə erməni partiyasıdır və oradan Azərbaycana qarşı istənilən təxribatlar ola bilər. İndi hər şey Qarabağda  sabitliyin təmin olunmasından asılıdır. Bununla belə erməni təxribatçılarının Bakıdakı oyunbazlığına da son qoymalıdır... 

 

-Deyirsiz, Rusiyanın Qarabağdan çıxmasının tələb edilməsi siyasi-diplomatik baxımdan doğru deyil. Bəs Rusiyanın "İsgəndər M" raketinin Şuşada tapılmasıı faktına sözünüz nədir?  Kremlin icazəsi olmadan həmin raket Ermənistana gətirilə bilərdi?..

 

-“İsgəndər M” raketinin Şuşaya atılmasından, əlbəttə ki, Moskvanın xəbəri vardı. Ümumiyyətlə, Kreml Ermənistanda neçə dənə patronun olduğundan da xəbərdardır. Ermənistanda “İsgəndər”  raketlərinin olduğunu hamı bilirdi, ancaq  ermənilərin cürət edib atacağı heç rusun da ağlına gəlmirdi. Bu cinayəti törədənlər ermənilərdir. Raketin atılma əmrini erməni generalları verib və məsuliyyəti də onlar daşıyırlar. Gəncəyə qarşı törədilmiş cinayətə də ermənilər cavabdehdirlər. Bakıda Ermənistan təsir agentləri  ortaya düşüb Ermənistanın günahını Rusiyanın üstünə atmaq istəyirlər. Əgər Rusiya Azərbaycana qarşı getsəydi, bu raketlər indi Azərbaycanı darmadağın etmişdi. Əksinə ermənilərin atdıqları raketin partlamaması ondan xəbər verir ki, ruslar ermənilərin müharibəni uduzmasını istəyirdilər...

Rusiya-Azərbaycan-Türkiyə strateji və iqtisadi tranzitinin qarşısını almaq üçün Ermənistan Rusiyanı Azərbaycana düşmən etmək istəyir. Cüzi faktları  şişirdir, Azərbaycan xalqını başqa səmtə yönəldirlər.

Azərbaycan Prezidentinin azad olmuş rayonların bərpası ilə bağlı gördüyü işlərə baxın. Bütün bunlar ondan xəbər verir ki, Rusiya ilə razılaşdırılmış Zəngəzur avtomobil və dəmir yolu kommunikasiyasının açılmasına çox az qalıb. Onun işləməsi, Azərbaycanı daha da gücləndirəcək. Güclü Azərbaycanın qarşısında isə Ermənistan diz çökməlidir...

 

-Tahir müəllim, ehtiyat etmirsiz ki, Rusiyaya qarşı aksiyaların əleyhinə getdiyinizə görə sizi “5-ci kalon”a xidmət etməkdə suçlayalar?

 

-Bir daha deyirəm ki, bu cür aksiyaların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə zərərinədir. Bunu edənlər siyasi reallığı duymalıdırlar. Reallıq isə budur - Qarabağın qaytarılmasına ilk növbədə ATƏT-in üzvü Rusiya icazə vermişdir. Nə ABŞ, nə də Fransa. Əgər Qarabağda sabitlik olsa, bu iki ölkə Azərbaycanın Qarabağına burnunu belə soxa bilməz. Bizi “5-ci kalon” adlandıranlar boylanıb özlərinə baxsınlar. Etdikləri hərəkətlər Ermənistana sadiq olduqlarını göstərir. Aydındır ki, Azərbaycanı Rusiyanın düşməninə çevirmək məqsədi güdürlər. Bu isə  Qarabağı yenidən itirməkdir. Odur ki, Azərbaycan xalqı çox ehtiyatlı olmalıdır. Prezidentimizin xarici siyasət xəttini dəstəkləməlidir. Bu xətt isə Türkiyə-Rusiya dostluğu üzərində qurulub. İndiki dövrdə isə bu dostluğun möhkəmlənməsinə xidmət etmək lazımdır. Çünki Azərbaycanın gələcəkdə iqtisadi və siyasi dirçəlişi məhz bu dostluqdan asılıdır...

 

Sultan Laçın

Oxşar xəbərlər
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi