Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin ADLARI BİLİNDİ
Mədəniyyət
231
10:06, Bu gün

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin ADLARI BİLİNDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.
 
Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.
 
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.
 
Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər