Aynur Kərimova yeni vəzifəyə TƏYİN OLUNDU
1950
03 Apr 2026 | 12:38

Aynur Kərimova yeni vəzifəyə TƏYİN OLUNDU

Mədəniyyət Nazirliyinin Aparatında idarəetmədə səmərəliliyinin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, konsepsiyada nəzərdə tutulan yeni idarəetmə yanaşmaları və mədəniyyətin yeni fəaliyyət sahələri bu istiqamətlər üzrə effektiv idarəetmə və nəzarətin təmin olunmasını tələb edir:
 

"Bu baxımdan, Mədəniyyət Nazirliyinin Aparatında yeni struktur vahidlərinin formalaşdırılması və mövcud şöbələrin funksional bölgüsünün yenidən təşkili həyata keçirilir. Nəticədə aparatın yenilənmiş strukturunda konspesiyada müəyyənləşmiş mədəniyyətin yeni sahələrinə uyğun olaraq idarəetmə formalaşdırılıb, kommunikasiya, rəqəmsallaşma və əlaqələndirmə mexanizmləri təkmilləşdirilib".


Eyni zamanda vurğulanıb ki, həyata keçirilən optimallaşdırmadan sonra Mədəniyyət Nazirliyinin Media ilə iş üzrə sektor müdiri Aynur Kərimova olub.

Qeyd edək ki, Aynur Kərimova daha əvvəl Media və kommunikasiya şöbəsinin müdiri idi.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər