Finlandiya hokkey üzrə dünya çempionu oldu
İdman
231
08:25, Bu gün

Finlandiya hokkey üzrə dünya çempionu oldu

İsveçrənin Sürix şəhərində hokkey üzrə 2026-cı il dünya çempionatının final matçında İsveçrə və Finlandiya yığmaları üz-üzə gəliblər.
 
Moderator.az "Çempionat"a istinadən xəbər verir ki, finlər əlavə vaxtda 1:0 hesablı qələbə qazanaraq qızıl medallara sahib olublar.
 
Matçın əsas vaxtında komandalar hesabı aça bilməyiblər. Əlavə vaxtda Finlandiya yığmasının hücumçusu Konsta Helenius qalibiyyət qolunu vurub.
 
Finlandiya tarixində beşinci dəfə dünya çempionu olub (1995, 2011, 2019, 2022, 2026).
 
Üçüncü yer uğrunda keçirilən oyunda Norveç millisi əlavə vaxtda Kanada yığmasını 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionatının medalını qazanıb.
Link kopyalandı!
Son xəbərlər