Bizi sosial şəbəkələrdən izləyin:
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Moderator.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnirin pley-off mərhələsində ilk matçına çıxacaq. Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstan yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtilə saat 00:00-da "Tipos Arena"da start götürəcək.
Bu gün keçiriləcək digər 1/8 final oyunlarında Rumıniya Avstriya ilə, Yunanıstan Serbiya ilə, Çexiya isə Monteneqro ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan və Qazaxıstan arasında keçiriləcək oyunun qalibi 1/4 finalda Çexiya – Monteneqro cütünün güclüsü ilə üz-üzə gələcək.