PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO
İdman
234
30 May 2026 | 23:11

PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO

2025/26 mövsümünün UEFA Çempionlar Liqasının qalibi məlum olub.

Moderator.az xəbər verir ki, əsas və əlavə vaxtda qalibin müəyyən olunmadığı final matçında penaltilər seriyasında üstün olan (4:3) PSJ kuboku başı üzərinə qaldırıb.

Bu, parislilərin ÇL-də ard-arda ikinci zəfəri olub.

Qeyd edək ki, oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

Macarıstanın paytaxtı Budapeştdə UEFA Çempionlar Liqasının final matçının əsas vaxtı başa çatıb.

Moderator.az xəbər verir ki, PSJ və "Arsenal" 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməyiblər.

Matçda hesabı londonlular açıblar. 6-cı dəqiqədə Haverts fərqlənib. 65-ci dəqiqədə Dembele penalti zərbəsi ilə hesabı bərabərləşdirib - 1:1.

Komandalar 30 dəqiqəlik əlavə vaxtda və ehtiyac yaranarsa, penaltilər seriyasında qalibi müəyyən edəcəklər.

20:00

Macarıstanın paytaxtı Budapeştdə UEFA Çempionlar Liqasının final matçı start götürüb.

Moderator.az xəbər verir ki, "Puşkaş Arena" stadionunda keçirilən görüşdə turnirin son qalibi PSJ son İngiltərə çempionu "Arsenal"la qarşılaşır.

Matçı almaniyalı hakim Daniel Zibert idarə edir.

Bu gün UEFA Çempionlar Liqasında - dünyanın ən nüfuzlu klub turnirində kubokun sahibi bəlli olacaq.

Moderator.az xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində son çempion titulunu qorumaq istəyən PSJ ilə uzun illərdən sonra bu zirvəyə qayıdan və tarixində ilk dəfə bu kuboku muzeyinə aparmaq niyyətində olan "Arsenal" qitənin ən möhtəşəm matçında üz-üzə gəlirlər.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

30 may

UEFA Çempionlar Liqası

Final

Saat 20:00, PSJ - "Arsenal"

Budapeşt, "Puşkaş Arena".

Qeyd edək ki, UEFA-nın builki qərarı ilə finalın start vaxtı irəli çəkilib. Bundan öncəki sezonlarda Çempionlar Liqasındakı final oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürürdü.

 

 

Link kopyalandı!
Son xəbərlər