23:06
19°C
Bakı
Məhəmməd Salah "Liverpul"dan ayrılır.
Moderator.az xəbər verir ki, bununla bağlı klub xüsusi videoçarx paylaşıb.
"Həmişə bizim olan "misirli kral". Hər şey üçün çox sağ ol, Mo", - videoçarx bu sözlərlə müşayiət olunub.
Salah 2017-ci ildən "Liverpul"da çıxış edir və bu müddət ərzində klubla bütün əsas titulları qazanıb. Onun nailiyyətləri sırasında UEFA Çempionlar Liqası 2018/19, İngiltərə Premyer Liqası 2019/20, İngiltərə Kuboku, Liqa Kuboku, Klublararası Dünya Çempionatı və digər titullar yer alır.
O, "Liverpul"da çıxış etdiyi dövrdə bir neçə dəfə Premyer Liqanın "Qızıl buts" mükafatına da layiq görülüb.