22:05
20°C
Bakı
Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.
Moderator.az xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşıb.
"SOCAR Polymer Arena"da baş tutan görüş məhsuldar alınıb. Meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.
“Araz-Naxçıvan”ın qollarını 15-ci dəqiqədə P. Andrade, 32-ci dəqiqədə F. Santos və 73-cü dəqiqədə R. Maçado vurub. “Zirə”nin heyətində isə 69-cu dəqiqədə R. Renato, 82-ci dəqiqədə M. Junior fərqlənib.
Bu nəticədən sonra “Araz-Naxçıvan” turu qələbə ilə başa vurub, “Zirə” isə səfərdən xalsız dönüb.
Qeyd edək ki, Rəşad Sadıqovun yetirmələri son dəqiqələrdə penaltidən yararlana bilməyib.