İdman
223
20:20, Bu gün

"Qalatasaray"a yeni prezident seçildi

"Qalatasaray" klubunda keçirilən seçkili ümumi yığıncaq başa çatıb və Dursun Özbek yenidən klub prezidenti seçilib.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçki "Qalatasaray" Liseyində keçirilib.

Məlumata görə, Dursun Özbek seçkidə yeganə namizəd olub. Səsvermədə 2 079 üzv iştirak edib və onlardan 1 780-nin səsi etibarlı hesab olunub.

Seçkidən sonra Dursun Özbek bildirib ki, yeni dövrdə klubun əvvəlki uğurlarının üzərinə daha böyük nailiyyətlər əlavə etmək üçün çalışacaqlar.

Qeyd edək ki, səsvermədə klubun bəzi rəsmiləri ilə yanaşı, Fatih Terim də iştirak edərək səs verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər