23:05
17°C
Bakı
Misli Premyer Liqasına vəsiqə qazanan "Şəfa" komandası transfer çalışmalarını davam etdirir.
Moderator.az xəbər verir ki, paytaxt təmsilçisi millimizin üzvü ilə güclənmək niyyətindədir. Söhbət "Şamaxı"nın futbolçusu Rüfət Abbasovdan gedir. Tərəflər arasında ilkin danışıqlar baş tutsa da, razılıq əldə olunmayıb.
Buna səbəb millimizin üzvünün karyerasını ölkə xaricində davam etdirmək istəməsidir. O, Azərbaycanda oynamağı düşünmür.
Oyunçunun bu istəyinin ardından "Şəfa" rəhbərliyi futbolçunun transferindən vaz keçib.
Xatırladaq ki, 21 yaşlı müdafiəçi cari mövsüm bölgə təmsilçisinin heyətində 36 oyunda bir qol vurub, 7 assist edib. Onun "Şamaxı" ilə müqaviləsi yayda başa çatır.