"Qarabağ" Misli Premyer Liqasında mövsümü qələbə ilə başa vurub.
Moderator.az-ın məlumatına görə, Ağdam təmsilçisi sonuncu - XXXIII turda "Sumqayıt"ı məğlub edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma 4:3 hesabı ilə bitib.
"Köhlən atlar"ın qollarını 3 və 64-cü dəqiqələrdə Ramil Şeydayev, 22-ci dəqiqədə Emmanuel Addai, 85-ci dəqiqədə Aleksey Kaşuk vurub. Meydan sahiblərinin heyətində Səbuhi Abdullazadə 53-cü, Rüstəm Əhmədzadə 76-cı, Emil Mustafayev 90+3-cü dəqiqədə fərqlənib.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 69-a çatdırıb. "Sumqayıt" 41 xalla yeddincidir.
Günün ilk matçında "Sabah" "Turan Tovuz"a qalib gəlib - 2:1.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasına mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.