Böyük Britaniya və Fransa Hörmüz boğazının minalardan təmizlənməsi prosesində iştirak edə bilər.
Moderator.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Helsinqborqda keçirilən NATO XİN rəhbərlərinin görüşü çərçivəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, İran boğazı açmağa razılaşsa belə, bölgədəki minaların zərərsizləşdirilməsi lazım olacaq.
ABŞ rəsmisi qeyd edib ki,
Britaniya və Fransanın bu sahədə ciddi imkanları var:
“Bu ölkələrin çoxlu sayda minaaxtaran gəmiləri mövcuddur və onlar mühüm rol oynaya bilərlər”.
Rubio əlavə edib ki, bu məqsədlə London və Paris tərəfindən yaradılmış mexanizm faydalı ola bilər.