23:04
17°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Belarus rəsmilərinə qarşı sanksiyaları daha bir il uzadıb.
Moderator.az xəbər verir ki, müvafiq fərman ABŞ hökumətinin Federal Reyestrində dərc edilib.
Sanksiyalar 2006-cı ildə tətbiq edilib və 9 avqust 2021-ci ildə genişləndirilib. Sanksiyaların müddəti 16 iyunda başa çatmalı idi.
Sənəddə deyilir ki, Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün təhlükə yaratmaqda davam edir.
Sözügedən fərman 2006-cı ilin iyun ayında ABŞ-ın o vaxtkı 43-cü prezidenti Corc Buş tərəfindən imzalanmışdı. 2021-ci ilin avqust ayında 46-cı prezident Co Bayden sanksiyaları genişləndirib.