Pentaqon UNO ilə bağlı yeni məxfi sənədləri açıqladı
Dünya
138
22:57, Bu gün

Pentaqon UNO ilə bağlı yeni məxfi sənədləri açıqladı

Pentaqon uçan naməlum obyektlər (UNO) barədə əvvəllər məxfi saxlanılan yeni sənədlər toplusunu ictimaiyyətə açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, "naməlum anomaliya hadisələri" kimi tanınan sənədlər, foto və videolar uzun illərdir müxtəlif spekulyasiyalara səbəb olur.

Açıqlanan 222 sənəddən biri 1948-1950-ci illər arasında Nyu-Meksiko ştatında yerləşən məxfi obyektlə bağlı 116 səhifəlik hesabatdan ibarətdir. Orada bir sıra UNO müşahidələri və araşdırmalar sənədləşdirilib.

"New York Post" isə ABŞ-nin qəzaya uğramış UNO-lardan sonra dörd fərqli "xarici həyat forması" aşkar etdiyi iddiasını yayıb. Lakin bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.

Pentaqon daha əvvəl də oxşar sənədlərin bir hissəsini açıqlamışdı. Bu addımlar şəffaflıq siyasəti çərçivəsində həyata keçirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər