“Əl-Nəsr”i çempion etdi, özü isə GEDİR
İdman
162
11:15, Bu gün

“Əl-Nəsr”i çempion etdi, özü isə GEDİR

"Əl-Nəsr"in baş məşqçisi Jorje Jezuş 2025/2026-cı illər mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasında qalib gəldikdən sonra komandadan ayrılacağını açıqlayıb.
 
Moderator.az İdman.Biz-ə istinadən bildirir ki, portuqaliyalı məşqçi komandanı 2025-ci ilin avqustunda təhvil alıb.
 
"Mən bu çağırışı ("Əl-Nəsr"i məşqçilik etmək üçün) yalnız Kristianuya "Sənin çempion olmağına kömək edəcəyəm, titul qazanacağıq və sonra gedəcəyəm" dediyimə görə qəbul etdim. Vəssalam. Mənim üçün hər şey bitdi. Bu, "Əl-Nəsr"in məşqçisi kimi son oyunumdur", - deyə Jezuş bildirib.
 
Səudiyyə Ərəbistanı çempionatının 34 turundan sonra "Əl-Nəsr"in 86 xalı var və turnir cədvəlini birinci yerdə başa vurub. "Əl-Hilal" isə 84 xalla ikinci yerdədir.
 
Qeyd etmək lazımdır ki, hücumçu və komandanın kapitanı Kriştianu Ronaldu ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər