Bu gün Misli Premyer Liqasında XXXIII - son turun növbəti oyunları keçiriləcək.
Moderator.az xəbər verir ki, günün ilk oyunu Masazırda baş tutacaq. "Turan Tovuz" komandası çempion "Sabah"la üz-üzə gələcək.
"Bank Respublika Arena"da keçiriləcək qarşılaşmanın start fiti 17:00-da çalınacaq. XXXII turdan sonra "Turan Tovuz" komandası 59 xalla üçüncü, "Sabah" klubu isə 75 xalla birinci sırada qərarlaşıb.
Günün son matçında isə "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.
Xatırladaq ki, aktivində 38 xalı olan "Sumqayıt" komandası turnir cədvəlinin yeddinci, Qurban Qurbanovun 66 xalı olan kollektivi isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXXIII tur
22 may
17:00. "Turan Tovuz" - "Sabah"
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
"Bank Respublika Arena".
19:30. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.