FIFA prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubda "Sabah" klubunu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Bu barədə Moderator.az-a AFFA-dan məlumat verilib.
Məktubda yazılıb:
"Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu "Sabah" FK-nı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə şəxsinizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm".
