Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan çempionu kimi ölkəmizi təmsil edəcək "Sabah" klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki ehtimal olunan rəqiblərinin adlarına böyük ölçüdə aydınlıq gəlib.
Moderator.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin ilkin mərhələsi 28 komandanın gərgin mübarizəsinə səhnə olacaq.
Püşkatma zamanı təmsilçimiz "Sabah" 14 səpələnməmiş klubun yer aldığı səbətdə qərarlaşacaq.
Paytaxt təmsilçisinin üz-üzə gələ biləcəyi 14 səpələnmiş komandadan 13-nün adı artıq idman ictimaiyyətinə məlumdur:
- "Şemrok Rovers" (İrlandiya)
- KUPS (Finlandiya)
- "Drita" (Kosovo)
- "Linkoln Red İmps" (Cəbəllütariq)
- "Borats" (Bosniya və Herseqovina)
- "Vikinqur" (İslandiya)
- "Kayrat" (Qazaxıstan)
- "Universitatya Krayova" (Rumıniya)
- "Riqa" (Latviya)
- "Klaksvik" (Farer adaları)
- "Flora" (Estoniya)
- "Larn" (Şimali İrlandiya)
- "Petrokub" (Moldova)
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin çoxdan gözlənilən püşkatma mərasimi iyunun 16-da təşkil olunacaq. Bu mərhələnin oyunları iyulun 7 və 8-i və cavab oyunları isə iyulun 14 və 15-i tarixlərində keçiriləcək.