Dörd ölkədən
İdman
140
11:50, Bu gün

Dörd ölkədən "Şamaxı"nın hücumçusuna elçi düşdülər

"Şamaxı" klubunun aparıcı futbolçusu Kərim Rossi karyerasını Qazaxıstanda davam etdirə bilər.
 
Moderator.az bildirir ki, Oxu.az sözügedən ölkənin mediasına istinadən xəbər verir ki, Qazaxıstan Premyer Liqasında çıxış edən iki fərqli klub təcrübəli forvardın xidmətində maraqlıdır.
 
Hazırda Rossini heyətinə qatmaq istəyən bu komandaların adları mətbuatdan gizli saxlanılır.
 
Futbolçuya olan transfer marağı yalnız Qazaxıstanla məhdudlaşmır. Onun xidmətində Rusiya Premyer Liqası, Səudiyyə Ərəbistanı, eləcə də digər Azərbaycan təmsilçilərinin də maraqlı olduğu vurğulanır.
 
32 yaşlı hücumçu cari mövsümdə "Şamaxı"nın heyətində meydana çıxdığı 30 qarşılaşmada rəqib qapılarından 9 top keçirməyi bacarıb.
 
Kərim Rossinin "Şamaxı" klubu ilə mövcud müqaviləsinin müddəti bu yay başa çatır. Məhz bu səbəbdən hücumçunun komandasını heç bir transfer ödənişi olmadan, azad agent statusunda dəyişməsi ehtimalı yüksəkdir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər