Noa Lanq
İdman
153
20:07, Bu gün

Noa Lanq "Qalatasaray"dan ayrıldı

"Qalatasaray" futbol klubunun qış transfer pəncərəsində İtaliyanın "Napoli" klubundan icarəyə götürdüyü niderlandlı vinger Noa Lanq İstanbul təmsilçisindən ayrılıb.

Moderator.az xəbər verir ki, 26 yaşlı futbolçu sosial media hesabı vasitəsilə etdiyi paylaşımla "Qalatasaray" azarkeşlərinə vida mesajı ünvanlayıb.

O, paylaşımında aşağıdakı sözlərə yer verib: "Hər şey üçün təşəkkürlər "Qalatasaray", səni sevirəm".

Qeyd edək ki, Noa Lanq "Qalatasaray"da meydana çıxdığı 19 matçda iki qol vurub, üç məhsuldar ötürmə verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər