15:41
15°C
Bakı
İngiltərə təmsilçisi "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, o, mövsümün sonunda klubdan ayrılacağına əmindir.
Moderator.az "Daily Mail"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ayrılmaq qərarını bir neçə həftə əvvəl verib.
Rəsmi açıqlamanın bir neçə gün sonra veriləcəyi gözlənilir.
Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından bəri "Mançester Siti"yə rəhbərlik edir. Bu mövsüm onun rəhbərliyi altında komanda Liqa Kubokunu və FA Kubokunu qazanıb. 36 Premyer Liqa oyunundan sonra komandanın 77 xalı var və lider "Arsenal"dan iki xal geri qalaraq ikinci yerdədir.