“Neftçi“ ötən yay anlaşa bilmədiyi əcnəbini yenidən gündəminə aldı
İdman
67
16:12, Bu gün

“Neftçi“ ötən yay anlaşa bilmədiyi əcnəbini yenidən gündəminə aldı

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Çarles Boli karyerasını növbəti mövsüm də Azərbaycanda davam etdirə bilər.
 
Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan legioner “Neftçi”nin transfer siyahısında yer alıb.
 
Bakılılar Muxtar Respublika təmsilçisi ilə 1 illik müqavilə müddəti bitmək üzrə olan fransızla danışıqlar aparır.
 
“Ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub sağ cinah vingeri mövqeyində çıxış edən əcnəbini öz sərəncamında görmək istəməsi barədə rəhbərliyi məlumatlandırıb.
 
O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib.
 
Ötən mövsümü Kiprdə - “Apollon”da (Limasol) keçirmiş 27 yaşlı futbolçu 2026-cı ilin yayında da “Neftçi”nin maraq dairəsində idi. Aralarında danışıq da olmuşdu.
 
Afrikalı “Araz”ı seçdi. Konkret iki səbəbi var bunun. Naxçıvan təmsilçisinin Konfrans Liqasında iştirakı və maliyyə şərtləri. Avrokuboklarda özünü göstərmək istəyən əcnəbiyə Premyer Liqanın bürünc medalçısı 300 min dollar ödəmə edib. “Neftçi” isə həmin məbləği ona verməyib. (sportinfo.az)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər