Bu tarixədək güclü yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət
142
15:54, Bu gün

Bu tarixədək güclü yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 16-sı axşamdan 19-dək arabir yağış yağacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
 
Azərbaycanın rayonlarında may ayının ikinci ongünlüyünün sonunadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
 
Ətraflı
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər