Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazandılar
İdman
141
13:32, Bu gün

Azərbaycan gimnastları Portuqaliyada qızıl medal qazandılar

6-11 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
 
Moderator.az xəbər verir ki, yarışda Azərbaycanı böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı və Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında isə Azadə Atakişiyeva və Nuray Muradlı təmsil ediblər.
 
Gənclər arasında komanda hesabında Azadə Atakişiyeva və Nuray Muradlı uğurlu çıxışla yadda qalıblar. Təmsilçilərimiz 94.000 xal toplayaraq ABŞ və İtaliya gimnastlarını geridə qoyaraq qızıl medal qazanıblar.
 
Fərdi proqramda isə Azadə Atakişiyeva top ilə hərəkətlərdə 25.500 xalla qızıl medal əldə edib. Böyüklər arasında çıxış edən Gövhər İbrahimova eyni alətdə 25.900 xalla gümüş medala sahib olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər