Rəhim Sadıxov üçün əlamətdar matç
İdman
201
12:35, Bu gün

Rəhim Sadıxov üçün əlamətdar matç

Misli Premyer Liqasının XXXI turu Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub.
 
Moderator.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb. "Karvan-Yevlax"la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.
 
Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, "Sumqayıt"da 82 (17 qol), "Zirə"də 70 (10 qol), "Turan Tovuz"da 48 (4 qol) görüşə çıxıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər