İdman
136
13:35, Bu gün

"Real Madrid" azarkeşləri Kilian Mbappeyə qarşı 40 milyon imza toplanıb

"Real Madrid" azarkeşləri Kilian Mbappenin komandadan qovulması üçün petisiya başladıb.
 
ESPN nəşri xəbər verir ki, azarkeşlərin başlatdığı onlayn petisiya artıq 40 milyondan çox imza toplayıb.
 
Xatırladaq ki, 27 yaşlı fransız futbolçu 2024-cü ildə azad agent statusu ilə PSJ-dən "Real"a keçid edib. Ulduz oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı isə onun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
 
Cari mövsümdə Mbappe bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda rəqib qapılarından 41 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə onun hesabında Madrid klubunun forması ilə çıxdığı 100 oyunda 85 qol və 11 məhsuldar ötürmə var. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər