Bizi sosial şəbəkələrdən izləyin:
"Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləği torpağın bazar dəyərinin Bakı şəhəri üzrə 3 faizinə, ölkənin digər şəhər və rayonları üzrə 2 faizinə aşağıdakı əmsallara vurulmaqla müəyyən ediləcək.