Premyer Liqa: “İmişli” “Zirə”ni, “Sabah” “Kəpəz”i qəbul edir
İdman
208
09:08, Bu gün

Premyer Liqa: “İmişli” “Zirə”ni, “Sabah” “Kəpəz”i qəbul edir

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Moderator.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.

Günün ilk matçında “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Zirə”ni qəbul edəcək. Görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Hazırda “İmişli” 32 xalla turnir cədvəlinin 9-cu, “Zirə” isə 49 xalla 5-ci pilləsində qərarlaşıb.

Günün növbəti görüşündə çempionluğu öncədən rəsmiləşdirən “Sabah” Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”i qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanı baş hakim Elvin Bayramov idarə edəcək.

“Sabah” hazırda 75 xalla turnir cədvəlinin lideridir, “Kəpəz” isə 24 xalla 10-cu pillədə yer alır.

Azərbaycan Premyer Liqası,

XXXI tur
8 may (cümə)

16:30. “İmişli” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Quba OİK stadionu

19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları 9-10 may tarixlərində keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər