Çempionlar Liqasında ikinci finalçı bəlli oldu
İdman
239
08:10, Bu gün

Çempionlar Liqasında ikinci finalçı bəlli oldu

UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" ilə PSJ üz-üzə gəlib.
 
Moderator.az xəbər verir ki, Münhendə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
 
Oyunda hesabı artıq 3-cü dəqiqədə Usman Dembele açıb. Matçın sonlarında, 90+4-cü dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub.
 
İlk oyun Paris təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşdığı üçün iki oyunun cəminə görə PSJ finala yüksəlib. Komanda həlledici qarşılaşmada "Arsenal" ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Budapeştdə keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər