Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
İdman
251
21 Apr 2026 | 22:45

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Tirana şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Moderator.az xəbər verir ki, yarışın ikinci günündə Türkiyə millisinin üzvü Rıza Kayaalp döşək üzərinə çıxıb.

130 kq çəki dərəcəsində çıxış edən idmançı finalda macar rəqibi Darius Viteklə qarşılaşıb.

Görüş Kayaalpin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb və o, yarışı çempion kimi başa vurub.

Qeyd edək ki, bu qələbə türkiyəli pəhləvanın Avropa çempionatlarında 13-cü qızıl medalı olmaqla rekord göstəricidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər