İtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandı
İdman
357
21 Apr 2026 | 22:37

İtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandı

Milan Prokurorluğu fahişəlik və nəşələndirici qazla müşayiət olunan gecə əyləncələri təşkil etməkdə şübhəli bilinən şirkətlə bağlı araşdırmaya başlayıb.

Moderator.az "Gazzetta dello Sport" qəzetinə istinadən xəbər verir ki, işdə İtaliya A Seriyasının təxminən 50 futbolçusunun, o cümlədən "İnter" və "Milan" oyunçularının adı keçir.

Gecə əyləncələri həm İtaliyada, həm də Yunanıstanın Mikonos adasında yerləşən lüks hotellərdə və gecə klublarında təşkil olunub. Təşkilatçılığı iki əsas şübhəli şəxs - evli olan Emanuele Buttini və Debora Ronçi həyata keçiriblər.

Hər iki şəxs, eləcə də onların iki ortağı seksual xidmətlərin təşkili və bu fəaliyyətdən əldə edilən çirkli pulların yuyulmasına görə ev dustaqlığına göndəriliblər.

Araşdırma zamanı istintaq altında olan şəxslər arasında pul köçürmələri də aşkarlanıb. Bundan başqa, bu işdə məşhurların, iş adamlarının və "Formula-1" pilotlarının da iştirak etdiyi müəyyən olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər