İdman
160
18:07, Bu gün

"Liverpul"da böyük təmizlik: Salah da daxil olmaqla doqquz futbolçu yola salınır

İngiltərənin köklü klublarından olan "Liverpul" qarşıdan gələn yay transfer pəncərəsində heyətində əsaslı təmizliyə hazırlaşır.

Moderator.az xəbər verir ki, klub doqquz futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Belə ki, artıq cari mövsümün yekununda Mersisayd təmsilçisinin əsas ulduzları hesab olunan Məhəmməd Salah və Endryu Robertsonla qəti şəkildə vidalaşacağı məlum olub.

Yayda müqavilə müddəti başa çatan Kalvin Remzi və Ris Uilyams da klubu tərk edənlər siyahısında yer alıb. Bununla yanaşı, rəhbərliyin Co Qomes, Aleksis Makallister, Harvi Elliott, Kertis Cons və Federiko Kyeza ilə də əməkdaşlığa nöqtə qoyacağı gözlənilir.

Qeyd edək ki, komandadakı bu kütləvi dəyişikliklər fonunda "Liverpul"un baş məşqçisi Arne Slotun da klubdakı gələcək taleyi böyük sual altındadır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər